Ermənistan parlamentində “Ermənistan” blokuna ayrılan mandatların bölgüsü zamanı sabiq prezident Robert Köçəryanın deputat mandatının kimə veriləcəyi dəqiqləşib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə blokun deputatı Aqnessa Hamoyan “Sputnik Armenia”-ya açıqlamasında məlumat verib. Onun sözlərinə görə, 9-cu çağırış Milli Məclisdə blok 12 mandat əldə edib.
Məlumata əsasən, mandatlar Robert Köçəryanın siyahıdan kənarlaşdırılması nəzərə alınmaqla, seçki siyahısındakı ardıcıllığa uyğun şəkildə bölüşdürüləcək. Bu dəyişikliklə bağlı parlament mandatı siyahıda 13-cü sırada yer alan və hazırda İrəvan Ağsaqqallar Şurasının üzvü olan Mesrop Manukyana təqdim ediləcək.













