İraqda fəaliyyət göstərən şiə silahlı qrupları ABŞ Prezidenti Donald Trampın öldürülməsi üçün 10 milyon dollar məbləğində mükafat elan edib.
KONKRET.az xəbər verir ki, bu vəsait qruplaşmaların tərəfdarlarının topladığı ianələr hesabına formalaşdırılıb.
Qruplaşmalar bu addımı 2020-ci ildə ABŞ-nin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülən iranlı general Qasım Süleymani və İraqın şiə silahlı dəstələrinin rəhbərlərindən olan Əbu Mehdi əl-Mühəndisin qisası olaraq xarakterizə edirlər.













