Ermənistan tərəfi Türkiyə ilə bağlı diqqətçəkən addım atıb.
Ölkə.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ermənistan sərhəd-keçid məntəqələrində passportlara vurulan rəsmi möhürlərdəki Ağrı dağı simvolunu (Türkiyə sərhədləri daxilində yerləşir) yığışdırıb.
Bu addımın Türkiyə ilə münasibətlərin normallaşdırılması çərçivəsində atıldığı bildirilir.
Qeyd edilib ki, qərar verilərkən Türkiyə ilə münasibətlər və sərhəd qonşuluğu reallığı nəzərə alınıb.
Rəsmi İrəvanın iki ölkə arasında münasibətlərin normallaşmasına zərər verə biləcək simvolik mesajlardan qaçmağı hədəflədiyi bildirilir.













