ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana özünün “Truth Social” sosial şəbəkə hesabından xüsusi təşəkkür ünvanlayıb.
Gündəm24.az xəbər verir ki, Ağ Ev rəhbəri öz paylaşımında türk həmkarının onun barəsində dediyi sitatı diqqətə çatdırıb.
Donald Tramp “Təşəkkür edirəm, Prezident Ərdoğan!” yazaraq, Türkiyə liderinin bu sözlərini paylaşıb:
“Prezident Tramp dünyanın əsrlərdir gözlədiyi bir liderdir. O, sadəcə gücdən danışmır – o, gücün özünü təcəssüm etdirir”.\\Musavat.com















