ABŞ Prezidenti Donald Tramp rəsmi olaraq hərbi müdaxilə ilə hədələdiyi ölkələrin siyahısını genişləndirib. Oman ABŞ prezidentinin potensial və ya real hədəf kimi göstərdiyi 15-ci ölkə olub.
Gündəm24.az KONKRET.az-a istinadən xəbər verir bu barədə CNN məlumat yayıb.
Analitiklərin hesablamalarına görə, Trampın ritorikası və ya siyasəti nəticəsində dünya ölkələrinin təxminən hər onundan üçüncüsü bu və ya digər formada təhdidlərlə üzləşib.
İddialara əsasən, bu, təxminən Yer kürəsində yaşayan hər onbirinci insana təsir edəcək miqyas kimi qiymətləndirilir.
Məlumata görə, Tramp müxtəlif qitələrdə yerləşən ölkələr barədə sərt bəyanatlar səsləndirib.
Onun ritorikası Afrika, Asiya və Amerika qitələrini əhatə edib. Hətta Qrenlandiya məsələsi fonunda Danimarkaya münasibətdə də dolayı təhdidlər səsləndirdiyi bildirilir.
CNN-in iddiasına görə, Trampın prezidentliyi dövründə ABŞ müxtəlif ölkələrdə hərbi əməliyyatlar həyata keçirib. İran, İraq, Somali, Suriya və Yəmən kimi ölkələr bu kontekstdə qeyd olunur.
Bununla yanaşı, hazırda yalnız bəyanat səviyyəsində qalan mümkün güc tətbiqi ehtimalı ilə bağlı Kanada, Kolumbiya, Kuba, Meksika, Panama, Danimarka və Oman da müzakirə olunan ölkələr sırasında göstərilir.
Ekspertlər bu yanaşmanı bəzən “dəli nəzəriyyəsi” kimi xarakterizə edir.
Onların fikrincə, Tramp özünü qeyri-proqnozlaşdırılan lider kimi təqdim etməklə rəqiblərinə psixoloji təzyiq göstərməyə çalışır.














