Cümə axşamı, May 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan üçün mühüm TARİX:İyunun 2-də layihə rəsmən işə düşür

28/05/2026 17:43
CƏMİYYƏT
42 1
Azərbaycan üçün mühüm TARİX:İyunun 2-də layihə rəsmən işə düşür
54
Baxış sayı

İyunun 2-də regionun ən böyük strateji layihələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin rəsmi açılış mərasimi keçiriləcək. Gürcüstanın Axalkalaki stansiyasında baş tutacaq tarixi tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxslərinin iştirakı gözlənilir. 2017-ci ildən test rejimində fəaliyyət göstərən, ümumi uzunluğu 827 kilometr olan bu nəhəng magistralın modernləşdirilməsi prosesi uğurla başa çatıb və xəttin illik yükdaşıma qabiliyyəti modernizasiya işlərindən sonra 1 milyon tondan 5 milyon tona qədər yüksəldilib. Layihənin Gürcüstan hissəsinin tikintisi bütövlükdə Azərbaycan tərəfindən maliyyələşdirilib.

 

Bəs Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi istismara verilməsi Azərbaycanın regiondakı tranzit və logistika imkanlarını nə dərəcədə gücləndirəcək? Bu strateji gediş ölkəmizə hansı iqtisadi üstünlükləri qazandıracaq?

 

Mövzu ilə bağlı Oxu24.com-un suallarını nəqliyyat eksperti İlqar Hüseynov cavablandırıb. 

“Bakı-Tbilisi-Qars regional gücümüzü və logistik üstünlüklərimizi artırır”

Ekspert bildirir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Azərbaycanın regional gücünü kifayət qədər artıracaq:

“Bu layihə həm logistika üstünlüyü baxımından, həm də yüklərin tranzitinin həlledici şəkildə Azərbaycan üzərindən daşınması kontekstində ölkəmizin mövqelərini mühüm dərəcədə möhkəmləndirir”.

 

İlqar Hüseynov bildirib ki, layihənin işə düşməsi ölkə daxilində, xüsusən də regionlarda yeni infrastruktur dalğasına təkan verəcək:

“Hesab edirəm ki, bu xəttin fəaliyyəti fonunda Azərbaycanın Qərb regionunda – xüsusilə Tovuz, Qazax və Ağstafa bölgələrində böyük logistik mərkəzlər tikiləcək. Eyni zamanda, yükdaşıma məqsədli yüklərin saxlanılması və daşınması üçün müasir anbarlar inşa ediləcək. Bu isə birbaşa həmin regionun iqtisadi gücünün artmasına gətirib çıxaracaq”.

 

Ekspert BTQ xəttinin dəniz infrastrukturu ilə sintezinə xüsusi diqqət çəkib. Onun sözlərinə görə, Ələtdə inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzəryanı ölkələri – Qazaxıstan, İran, Türkmənistan və Həştərxan üzərindən Rusiyanı əhatə edən çox ciddi bir qovşaqdır:

“Ələt Dəniz Limanının imkanlarının Bakı-Tbilisi-Qars quru dəmir yolu xəttinə inteqrasiya olunması hər iki strukturun potensialını maksimuma çatdıracaq. Bu inteqrasiya Xəzəryanı ölkələrin dəmir yolu nəqliyyat sistemini özündə birləşdirərək Avropaya, Türkiyəyə və hətta deyərdim ki, Çinə qədər uzanan böyük bir quru yol logistik mərkəzinin formalaşmasına şərait yaradacaq. Bu böyük quru yol şəbəkəsinin mərkəzində dayanan əsas ölkə isə məhz Azərbaycandır. Xatırladaq ki, vaxtilə yükdaşıma qabiliyyəti 1 milyon ton idisə, yeni texnoloji proseslərin tətbiqi ilə bu güc 5 milyon tona qədər qaldırılıb ki, bu da tranzit gəlirlərinin artımında mühüm rol oynayacaq”.

 

İlqar Hüseynov vurğulayıb ki, BTQ layihəsi Azərbaycanı Mərkəzi Avropanı, Mərkəzi Asiyanı və Xəzər regionunu birləşdirən ən üstün geosiyasi və iqtisadi duruma gətirib çıxarır. O, bu prosesin gələcək hədəflərlə bağlılığını belə izah edib:

“Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər güclənməsi, nəticə etibarilə bizim ən əsas hədəfimiz olan Zəngəzur dəhlizinin açılmasına və buradakı proseslərə də müsbət təsir edəcək. Zəngəzur dəhlizi vasitəsilə quru yükdaşımalarının Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə inteqrasiyası gözlənilir. Bu gözləntilərin reallaşması Azərbaycanda həm tranzitdən gələn gəlirlərin artmasına gətirib çıxaracaq, həm də Cənubi Qafqazda ölkəmizin mövqelərinin güclənməsinə çox ciddi şəkildə təsir göstərəcək”.

Oxşarxəbərlər

29-30 may tarixləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- DİQQƏTLİ OLUN
CƏMİYYƏT

29-30 may tarixləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- DİQQƏTLİ OLUN

28/05/2026 19:33
51
Gəmilərə xəbərdarlıq edildi
CƏMİYYƏT

Gəmilərə xəbərdarlıq edildi

28/05/2026 19:25
51
Tarixi zəfərimiz müstəqilliyimizi xarici təhdidlərdən xilas etdi
CƏMİYYƏT

Tarixi zəfərimiz müstəqilliyimizi xarici təhdidlərdən xilas etdi

28/05/2026 18:33
52
Hər evdə var – Hərəkətlərinizi izləyə bilər
CƏMİYYƏT

Hər evdə var – Hərəkətlərinizi izləyə bilər

28/05/2026 18:31
54
Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi
CƏMİYYƏT

Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi

28/05/2026 18:17
54
“Rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir” – ŞƏRH
CƏMİYYƏT

“Rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir” – ŞƏRH

28/05/2026 17:54
50

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

29-30 may tarixləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- DİQQƏTLİ OLUN

29-30 may tarixləri ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ- DİQQƏTLİ OLUN

28/05/2026 19:33
51
Gəmilərə xəbərdarlıq edildi

Gəmilərə xəbərdarlıq edildi

28/05/2026 19:25
51
Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş – FOTO

Göyçayda qəzada ölən yeniyetmə 7-ci sinif şagirdi imiş – FOTO

28/05/2026 18:57
52
Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan danışdı

Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan danışdı

28/05/2026 18:44
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

28/05/2026 08:13
52

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
81

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.