Rumıniya Rusiyanın Konstansdakı Baş Konsulunu “persona non grata” elan edib və onu bağlamaq qərarına gəlib.
Gündəm24.az xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan ölkənin Ali Milli Müdafiə Şurasının iclasında bildirib.
Qeyd edək ki, qərar mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində onmərtəbəli yaşayış binasına pilotsuz təyyarənin çırpılması səbəbilə verilib.
Bundan əvvəl Rumıniyanın xarici işlər naziri Oana Tsoyu baş verənlərlə bağlı Rusiya səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlamışdı./publika














