Şənbə, İyun 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ: VƏZİYYƏT DƏYİŞİR

08/06/2026 15:16
CƏMİYYƏT
55 1
Xaricə getmək istəyənlərin NƏZƏRİNƏ: VƏZİYYƏT DƏYİŞİR
71
Baxış sayı
ABŞ-də uzunmüddətli işsizlik artır. CNBC-nin ABŞ Əmək Statistikası Bürosunun məlumatları əsasında apardığı təhlilə görə, bu göstərici 2019-cu illə müqayisədə 45%, 2023-cü illə müqayisədə isə 55% artıb. ABŞ-də İqtisadçılar bildirirlər ki, uzunmüddətli işsizliyin artması əmək bazarının və iqtisadiyyatın vəziyyəti barədə ciddi siqnallar verir.

Mövzu ilə bağlı Ajans.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli açıqlama verib.

O bildirib ki, ABŞ-də uzunmüddətli işsizliyin artması əmək bazarında rəqabətin gücləndiyini göstərir:

” Belə şəraitdə işəgötürənlər vakansiyalar üçün daha çox namizəd arasından seçim edir və bu da miqrantların iş tapmasını çətinləşdirə bilər. Xüsusilə yerli iş təcrübəsi olmayan, peşəkar əlaqələr şəbəkəsi zəif olan və ya yüksək tələbat görməyən sahələrdə çalışan xarici vətəndaşlar daha çox çətinliklə üzləşə bilərlər. Bununla belə, informasiya texnologiyaları, səhiyyə, mühəndislik və bəzi texniki peşələr kimi sahələrdə ixtisaslı kadrlara ehtiyac hələ də qalmaqdadır”.

Ekspert mövcud vəziyyətin ABŞ-yə təhsil üçün gedənlərə də edəcəyi təsirdən də danışıb.  Onun sözlərinə görə,  şirkətlər xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər:

“Son illərdə ABŞ-də təhsil alan beynəlxalq tələbələr üçün də vəziyyət müəyyən qədər mürəkkəbləşib. Universitet məzunları təhsildən sonra iş vizası və ya sponsorluq tələb edən hallarda daha sərt rəqabətlə qarşılaşırlar. Şirkətlər iqtisadi qeyri-müəyyənlik dövründə yeni əməkdaşların işə qəbulunu azalda və ya xarici işçilərin sponsorluğuna daha ehtiyatla yanaşa bilərlər. Buna görə də tələbələrin təhsil dövründə təcrübə proqramlarında iştirak etməsi, peşəkar əlaqələr qurması və əmək bazarında tələbat olan bacarıqlar əldə etməsi əvvəlkindən daha vacib hesab olunur”.

Akif Nəsirli həmçinin bildirib ki, ABŞ-də işsizliyin yüksəlməsi Green Card qazanan və ya ölkəyə yeni köçən şəxslər üçün də bəzi çətinliklər yarada bilər: 

“Yeni gələnlərin ilk aylarda iş tapmaq müddəti uzana, bəzi sahələrdə əməkhaqqı artımları zəifləyə və uyğun vakansiyaların sayı azala bilər. Eyni zamanda yaşayış xərclərinin yüksək olduğu şəhərlərdə işsiz qalmaq maliyyə yükünü daha da artırır. Buna görə də ABŞ-yə köçməyi planlaşdıran şəxslərin müəyyən maliyyə ehtiyatı ilə hərəkət etmələri vacibdir”.

O vurğulayıb ki, ABŞ iqtisadiyyatında müşahidə olunan bu tendensiya bəzi insanların diqqətini alternativ istiqamətlərə yönəldə bilər:

“Son illərdə əmək bazarına görə daha çox maraq görən ölkələr arasında Kanada, Avstraliya, Almaniya, Niderland və bəzi Skandinaviya ölkələri yer alır. Bu ölkələrdə müəyyən peşələr üzrə işçi çatışmazlığı və ixtisaslı mütəxəssislərə tələbat davam edir. Bununla yanaşı, hər ölkənin öz miqrasiya qaydaları, dil tələbləri və əmək bazarı xüsusiyyətləri olduğu üçün seçim fərdi şərtlərə uyğun aparılmalıdır”.

Akif Nəsirli son olaraq qeyd edib ki, mövcud vəziyyətdə xaricə getmək istəyən şəxslər ölkə seçimindən daha çox peşə və bacarıq seçiminə diqqət yetirməlidirlər. Əmək bazarında tələb olunan sahələr üzrə ixtisaslaşmaq, xarici dil biliklərini inkişaf etdirmək, beynəlxalq sertifikatlar əldə etmək və mümkün qədər iş təcrübəsi toplamaq uğur şansını artırır. Həmçinin yalnız iqtisadi göstəricilərə deyil, uzunmüddətli karyera perspektivlərinə, yaşayış xərclərinə, immiqrasiya qaydalarına və sosial inteqrasiya imkanlarına da baxmaq vacibdir. ABŞ hələ də dünyanın ən böyük və innovativ iqtisadiyyatlarından biri olaraq qalır, lakin hazırkı şəraitdə ora gedən şəxslərin daha hazırlıqlı və rəqabətədavamlı olmaları əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

Oxşarxəbərlər

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”
CƏMİYYƏT

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
53
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
CƏMİYYƏT

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
56
Bakıda motosikletçilərə qarşı REYD – VİDEO
CƏMİYYƏT

Bakıda motosikletçilərə qarşı REYD – VİDEO

27/06/2026 16:19
54
64 yaşlı kişi hərbi xidmətə çağırıldı
CƏMİYYƏT

64 yaşlı kişi hərbi xidmətə çağırıldı

27/06/2026 15:50
55
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
CƏMİYYƏT

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

27/06/2026 15:22
55
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
CƏMİYYƏT

AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi

27/06/2026 14:30
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

Oğlunun dəfninə qatılmayıb, məzarına getmir – “Onu torpaq altında təsəvvür edə bilmirəm”

27/06/2026 19:04
53
Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi məlumat yaydı

27/06/2026 17:19
55
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?

27/06/2026 17:05
56
TƏCİLİ! Tehrana zərbələr endirildi

TƏCİLİ! Tehrana zərbələr endirildi

27/06/2026 16:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.