ABŞ-ın Sahil Mühafizəsinin helikopteri Alyaskada qəzaya uğrayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin Arktika İdarəsi məlumat yayıb.
“Sahil Mühafizəsinin “MH-60 Jayhawk” helikopterinin qəzaya uğraması barədə məlumatdan sonra təcili yardım və axtarış-xilasetmə qrupları Juno yaxınlığındakı Sitkaya göndərilib”, – qurum bildirib.
Hadisənin səbəbi hələ məlum deyil./axar














