Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya mümkün səfəri ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Daha əvvəl Paşinyan iyun ayında Moskvaya səfər edə biləcəyini və Rusiya prezidenti Vladimir Putinlə görüşün mümkün olduğunu açıqlamışdı.
O, həmçinin Ermənistan–Rusiya münasibətlərində yaranmış gərginliyin aradan qaldırılması üçün yeni yüksək səviyyəli görüşün planlaşdırıldığını bildirmişdi.
Lakin Kreml bu barədə hələlik rəsmi təsdiq verməyib.














