Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Krımda strateji əhəmiyyətli obyektə zərbə endirdiklərini bəyan edib.
Gündəm24.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə məlumat XƏQ-in “Threads” sosial şəbəkəsindəki rəsmi kanalında yer alıb.
“Şimali Krım kanalı üzərindən keçən dəmir yolu körpüsü artıq mövcud deyil”, – deyə rəsmi açıqlamada bildirilir.
Hadisə ilə bağlı Rusiya tərəfindən hələlik rəsmi bir açıqlama verilməyib. Qeyd edək ki, sözügedən körpü bölgədəki logistika və təchizat xətləri üçün böyük əhəmiyyət kəsb edirdi.













