İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşündə regional təhlükəsizlik və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
KONKRET.az xəbər verir ki, İran Prezidenti İslam dünyasında mövcud olan fikir ayrılıqlarına və ixtilaflara qarşı mübarizənin ən təsirli yolunun İslam ölkələrinin birliyi olduğunu vurğulayıb. O, İran və Pakistan arasındakı tarixi və strateji münasibətlərin artıq nəzəriyyədən praktikaya keçməsinin və daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Pakistanın Baş naziri Şahbaz Şərif isə öz növbəsində İran Prezidentinin bu səfərinin iki ölkə arasında qarşılıqlı etimadın bütün dünyaya nümayişi olduğunu bildirib. İqtisadi əməkdaşlığa geniş yer ayıran Baş nazir, iki ölkə arasında illik ticarət dövriyyəsinin həcminin 30 milyard dollara çatdırılması üçün böyük potensialın olduğunu və bu hədəfə doğru addımların atılmasının zəruriliyini vurğulayıb.














