Gündəm24.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
Məlumata görə, cümə günü Marsel şəhərindəki xəstəxana 18 aylıq körpənin təcili yardım şöbəsində vəfat etdiyini açıqlayıb. Azyaşlı maşında hipertermiya vəziyyətində aşkarlanıb.
Məqalədə, həmçinin bildirilir ki, həftənin əvvəlində Parisin ətrafında üç yaşlı oğlan ölü tapılıb. O, maşına mindikdən sonra uşaqlar üçün qapıların bloklanma sistemi işə düşüb. Bundan əlavə, yaşayış binasının dayanacağındakı avtomobildə iki və dörd yaşlı daha iki uşağın cəsədi aşkarlanıb.\\oxu.az












