“Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinə aydın mesaj verib”.
Gündəm24.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş analitiki Larri Conson deyib.
O bildirib ki, Rusiya ona hücum edilməsini gözləyib kənarda oturmayacaq:
“Qərbin Moskvaya qarşı təhdidləri davam etdirmək niyyətində olduğu aydınlaşarsa, onlar öz təhlükəsizliyini təmin etmək üçün addımlar atacaqlar”.
Larri Conson bildirib ki, bu qənaətə Vladimir Putinin Rusiya hərbi ali məktəblərinin məzunları ilə görüşdə səsləndirdiyi fikirlərdən gəlib:
“Həmin görüşdə Putin qeyd edib ki, Qərb ölkələri açıq şəkildə Rusiyaya qarşı müharibəyə hazırlaşdıqlarını bəyan edirlər. Onun sözlərinə görə, bu dövlətlər hərbiləşmələrini “Rusiyadan gələn təhlükə” barədə iddialarla əsaslandırırlar.
Putin həmçinin deyib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatları Baltikyanı ölkələrin ərazisinə daxil olduqda, həmin ölkələr buna görə Moskvanı deyil, Ukrayna dronlarını məsul tutur.
Rusiya lideri vurğulayıb ki, hələlik həmin ölkələr öz ərazilərindən Kremlə qarşı istifadə etməsələr də, burada hərbi istehsal obyektləri yerləşdirirlər”.













