Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd boyunca həyata keçirdiyi əməliyyat zamanı 29 nəfəri zərərsizləşdirib.
Gündəm24.az xəbər verir ki, bu barədə “Associated Press” Pakistan rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, əməliyyatdan bir gün əvvəl silahlı şəxslər Pakistanın Karaçi şəhərində reyncerlərin qərargahına hücum edib. Hadisə nəticəsində üç hərbçi həlak olub.
AP-nin xəbərinə əsasən, hücum edənlərdən üçü məhv edilib, biri isə saxlanılıb. Saxlanılan şəxsin Əfqanıstan vətəndaşı olduğu bildirilir.
Pakistanın informasiya və yayım naziri Attaullah Tarar sosial şəbəkə hesabında bildirib ki, təhlükəsizlik qüvvələri kəşfiyyat məlumatları əsasında Pakistan-Əfqanıstan sərhədi boyunca genişmiqyaslı quru əməliyyatı keçirib.
Əməliyyat zamanı qruplaşmalara aid üç əsas hədəfin, o cümlədən silah və sursat anbarlarının məhv edildiyi qeyd olunur.//KONKRET.az













