Çərşənbə axşamı, İyun 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni binadan ev və ya obyekt alanların diqqətinə! – Yeni qərar VERİLDİ

30/06/2026 12:34
CƏMİYYƏT
42 3
Yeni binadan ev və ya obyekt alanların diqqətinə! – Yeni qərar VERİLDİ
57
Baxış sayı

Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Gündəm24.az  xəbər verir ki, işin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək aylıq 1.200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb.

Sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, hökm yeni binada təhvil veriləcək qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətlərini müəyyən etmədiyindən, bu hal icra mərhələsində müxtəlif yanaşmalara və zərərçəkmiş şəxsin hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu bildirərək ərizəni təmin etməyib, apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə isə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma nəzərdə tutulmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq oluna bilər. Məhkəmə vurğulayıb ki, MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməlidir. Buna görə də təqdim ediləcək əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə qərarının formal icrasına səbəb ola bilər, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının real bərpasını təmin etməz. Qeyd edilib ki, hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.

Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz.

Oxşarxəbərlər

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?
CƏMİYYƏT

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?

30/06/2026 15:45
50
Aİ-92-ni 95-ə çevirmək tələsi – Diqqət etməsəniz…
CƏMİYYƏT

Aİ-92-ni 95-ə çevirmək tələsi – Diqqət etməsəniz…

30/06/2026 15:29
52
Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAH
CƏMİYYƏT

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAH

30/06/2026 15:25
52
Sabah dəfn olunacaq itkin-şəhidlərimiz – FOTO
CƏMİYYƏT

Sabah dəfn olunacaq itkin-şəhidlərimiz – FOTO

30/06/2026 15:08
55
Əli Əsədovdan ÖNƏMLİ SƏRƏNCAM
CƏMİYYƏT

Əli Əsədovdan ÖNƏMLİ SƏRƏNCAM

30/06/2026 15:04
55
Quru sərhədlər niyə açılmır? – Sərdar Cəlaloğlundan mühüm açıqlama
CƏMİYYƏT

Quru sərhədlər niyə açılmır? – Sərdar Cəlaloğlundan mühüm açıqlama

30/06/2026 14:02
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev bu qanunu təsdiqlədi

İlham Əliyev bu qanunu təsdiqlədi

30/06/2026 16:37
54
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
50
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
50
İlham Əliyev Fərman İmzaladı

İlham Əliyev Fərman İmzaladı

30/06/2026 16:19
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
78

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
75

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
80

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.