Çərşənbə axşamı, İyun 30, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Aİ-92-ni 95-ə çevirmək tələsi – Diqqət etməsəniz…

30/06/2026 15:29
CƏMİYYƏT
39 2
Aİ-92-ni 95-ə çevirmək tələsi – Diqqət etməsəniz…
52
Baxış sayı

Sosial şəbəkələrdə cəmi 1.70-1.90 manata satılan və Aİ-92 markalı benzini sehrli şəkildə Aİ-95-ə çevirdiyi iddia edilən xüsusi yanacaq həbləri sürücülər arasında populyarlıq qazanır. Lakin ekspertlər bu iddiaların tamamilə yalan olduğunu bildirir. Araşdırmalara görə, bu həblər oktan ədədini real olaraq yalnız 0.3-0.5 vahid qaldıra bilir ki, bu da mühərrik üçün heç bir fərq yaratmır.

Üstəlik, tərkibindəki ucuz dəmir və manqan birləşmələri yanacaq şamlarında qırmızı pas yaradır, katalizatoru sıradan çıxarır. Çəndə tam əriməyən həblər filter və forsunkaları tıxayır, mühərrikdə detonasiyaya səbəb olaraq porşenləri zədələyir. Ustalar xəbərdar edir ki, bir neçə manatlıq saxta qənaət sürücülərə sonradan 2000-5000 manatlıq ağır motor təmiri xərcləri hesabına başa gəlir.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrin Azərbaycan seqmentində sürətlə tirajlanan və sürücülərin yanacaq xərclərini azaltmaq istəyindən sui-istifadə edən növbəti rəqəmsal və kimyəvi fırıldaqçılıq dalğası ölkənin avtomobil bazarında ciddi həyəcan təbili çalınmasını zəruri edib. Maddi qənaət bəhanəsi ilə bir neçə qəpiyə satılan və mənşəyi məlum olmayan müxtəlif qatqıların, xüsusən də “sehrli” yanacaq həblərinin kütləvi reklamı sürücüləri rəsmən uçuruma sürükləyir. Avtomobil texnologiyalarından və kimyəvi analizlərdən uzaq olan sadə vətəndaşlar bu ucuz manipulyasiyalara aldanaraq öz mülklərini və büdcələrini real təhlükə qarşısında qoyurlar. Mütəxəssislərin fikrincə, heç bir laboratoriya sınağından keçməyən və sertifikatı olmayan bu maddələr müasir avtomobillərin elektron və mexaniki sistemlərini sıradan çıxaran zəhərli bir bomba effekti yaradır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan avtomobil sahəsi üzrə ekspert, avtomexanik Niyazi Bayramov qeyd edib ki, son həftələr ərzində emalatxanalara yanacaq sistemi tamamilə iflic olmuş, mühərriki dağılmış vəziyyətdə müraciət edən sürücülərin sayında kəskin artım müşahidə olunur və bunun birbaşa səbəbi həmin o qanunsuz “oktan artıran” həblərdir: “Sosial şəbəkələrdə guya Aİ-92 markalı benzini sehrli şəkildə Aİ-95-ə çevirən bu həblərin satışı rəsmən cinayətdir və vətəndaşların birbaşa aldadılmasıdır. Bir mexanik kimi tam məsuliyyətimlə deyirəm ki, kimya elmində və neft sənayesində belə bir möcüzə yoxdur. Sürücülər elə bilirlər ki, 1.70 və ya 1.90 manata aldıqları o kiçik həbi çənə atmaqla litri 2 manata olan premium benzindən istifadə etmiş olurlar. Bu, tamamilə absurddur. Reklamlarda oktan ədədinin 3-5 vahid artdığı deyilir, amma sənayedə bu vahid tam rəqəmi deyil, onun 0.1 hissəsini ifade edir. Yəni o həb benzini maksimum 92.3 oktan edir ki, bu da mühərrik üçün sıfır effekt deməkdir. Əksinə, həmin həblərin tərkibindəki ucuz manqan və dəmir birləşmələri yanma kamerasında elə bir temperatur və zəhərli təbəqə yaradır ki, ilk növbədə yanacaq şamları, yəni sveçalar qırmızı pas bağlayaraq sıradan çıxır. Ən acınacaqlısı isə odur ki, avtomobilin ən baha detallarından olan, ekologiyanı qoruyan katalizatorlar qısa müddətdə əriyib tıxanır. Sürücü bir neçə manat qənaət etdiyini düşündüyü halda, avtomobilin beyni qarışıq tənzimləyə bilmir və mühərrik daxilində detonasiya, yəni qəfil partlayışlar başlayır ki, bu da porşenlərin deşilməsi və silindrlərin cızılması ilə nəticələnir”.

Onun sözlərinə görə, ucuz qatqılara aldanan vətəndaşlar cəmi bir neçə ay sonra emalatxanalarda minlərlə manatlıq ağır maddi ziyanla üz-üzə qalırlar və bu təhlükənin qarşısını almaq üçün dərhal inzibati addımlar atılmalıdır: “1.90 manatlıq saxta qənaətin sonu sürücü üçün minimum 3000-5000 manatlıq mühərrik təmiri xərcləri hesabına başa gəlir. Həb formasında olan bu maddələr benzin daxilində tam ərimir, çənin dibində çöküntü yaradır və yanacaq nasosunun filterini, eləcə də forsunkaları tamamilə kirəcləşdirir. Forsunka tıxandığı üçün mühərrikə yanacaq bərabər paylanmır, maşın boğulur və nəticədə motor tamamilə sıradan çıxır. Vətəndaşlarımıza yalvarıram ki, bu cür saxta, mənşəyi məlum olmayan, qara bazarda satılan kimyəvi həblərdən uzaq dursunlar. Əgər avtomobilinizin zavod təlimatında Aİ-95 tələb olunursa, ora nə atırsınızsa atın, o yanacaq keyfiyyətli Aİ-95 olmayacaq. Özünüzü və büdcənizi qorumaq üçün yalnız rəsmi yanacaqdoldurma məntəqələrindən birbaşa zavod istehsalı olan təmiz yanacaq vurun. Eyni zamanda, aidiyyəti dövlət qurumları, xüsusən antiinhisar və istehlak bazarına nəzarət orqanları sosial şəbəkələrdə bu cür zərərli və yalançı reklamlar yayan, vətəndaşların əmlakına qəsd edən səhifələrə və şəxslərə qarşı ən sərt cəza tədbirlərini görməlidir. Çünki bu gedişlə paytaxtda motoru partlayan avtomobillərin sayı həndəsi silsilə ilə artacaq”.

Oxşarxəbərlər

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?
CƏMİYYƏT

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi?

30/06/2026 15:45
50
Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAH
CƏMİYYƏT

Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq – SİYAH

30/06/2026 15:25
52
Sabah dəfn olunacaq itkin-şəhidlərimiz – FOTO
CƏMİYYƏT

Sabah dəfn olunacaq itkin-şəhidlərimiz – FOTO

30/06/2026 15:08
55
Əli Əsədovdan ÖNƏMLİ SƏRƏNCAM
CƏMİYYƏT

Əli Əsədovdan ÖNƏMLİ SƏRƏNCAM

30/06/2026 15:04
55
Quru sərhədlər niyə açılmır? – Sərdar Cəlaloğlundan mühüm açıqlama
CƏMİYYƏT

Quru sərhədlər niyə açılmır? – Sərdar Cəlaloğlundan mühüm açıqlama

30/06/2026 14:02
52
Şahin Babayev onlara yüksək vəzifə verdi
CƏMİYYƏT

Şahin Babayev onlara yüksək vəzifə verdi

30/06/2026 13:54
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyev bu qanunu təsdiqlədi

İlham Əliyev bu qanunu təsdiqlədi

30/06/2026 16:37
54
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
50
Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

Prezidentdən ASAN xidmətlə bağlı FƏRMAN

30/06/2026 16:28
50
İlham Əliyev Fərman İmzaladı

İlham Əliyev Fərman İmzaladı

30/06/2026 16:19
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
78

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
75

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
88

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
80

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.