Cümə axşamı, İyul 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan Polisi – Dövlətçiliyin, təhlükəsizliyin və qanunun keşiyində

02/07/2026 09:00
CƏMİYYƏT
46 4
Azərbaycan Polisi – Dövlətçiliyin, təhlükəsizliyin və qanunun keşiyində
63
Baxış sayı

Hər bir dövlətin qüdrəti yalnız onun iqtisadi və hərbi imkanları ilə deyil, həm də ölkə daxilində qanunun aliliyinin, ictimai sabitliyin və vətəndaş təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması ilə ölçülür. Bu ali missiyanın həyata keçirilməsində polis orqanlarının rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasında da polis sistemi dövlətçiliyin mühüm dayaqlarından biri olmaqla, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquqlarının müdafiəsi, konstitusiya quruluşunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində əvəzsiz xidmət göstərir.

Hər il 2 iyul tarixinin Azərbaycan Polisi Günü kimi qeyd olunması təsadüfi deyil. Bu tarix xalqımıza və dövlətimizə xidmət edən polis əməkdaşlarının peşəkarlığının, fədakarlığının və dövlətə sədaqətinin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Azərbaycan polisi ötən illər ərzində mürəkkəb və məsuliyyətli inkişaf yolu keçmişdir. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, cinayətkarlığın artması və dövlət institutlarının zəifləməsi polis orqanlarının fəaliyyətini olduqca çətin şəraitdə həyata keçirməsini tələb edirdi. Məhz xalqın Ümummilli Lideri Heydər Əliyev tərəfindən hüquq-mühafizə orqanlarının yenidən formalaşdırılması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar nəticəsində polis sistemi peşəkar və müasir hüquq-mühafizə institutuna çevrildi.

Bu gün cənab Prezident İlham Əliyev tərəfindən müəyyən edilən dövlət siyasəti çərçivəsində daxili təhlükəsizliyin təmin olunması, müasir texnologiyaların tətbiqi, rəqəmsal idarəetmənin inkişafı, vətəndaş məmnunluğunun artırılması və hüquq-mühafizə fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Daxili İşlər Nazirliyində aparılan institusional islahatlar hüquq-mühafizə sisteminin çevikliyini və effektivliyini daha da artırmışdır.

Azərbaycan polisi yalnız cinayətlərin qarşısının alınması və açılması ilə kifayətlənmir. Polis əməkdaşları hər gün küçələrdə, yaşayış məntəqələrində, dövlət və strateji obyektlərdə, kütləvi tədbirlərdə, sərhədyanı ərazilərdə və fövqəladə hallarda insanların təhlükəsizliyinin təmin olunması üçün fasiləsiz xidmət aparırlar. Onların fəaliyyəti cəmiyyətin sabit inkişafı və vətəndaşların gündəlik təhlükəsiz həyatı üçün mühüm təminatdır.

Azərbaycan polisinin ən şərəfli səhifələrindən biri də Vətən müharibəsi dövründə yazılmışdır. Polis əməkdaşları ön və arxa cəbhədə üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmiş, azad olunmuş ərazilərdə hüquq qaydasının bərpasında, ictimai təhlükəsizliyin təmin edilməsində, minalardan təmizlənmə prosesinin mühafizəsində, strateji obyektlərin qorunmasında və dövlət idarəçiliyinin bərpasında mühüm rol oynamışlar. Bir çox polis əməkdaşları bu müqəddəs missiyanı yerinə yetirərkən şəhid olmuş, sağlamlıqlarını itirmişdir. Göstərdikləri qəhrəmanlıq və xidməti fəaliyyətə görə polis əməkdaşları dövlət tərəfindən yüksək orden və medallarla təltif olunmuşlar.

Müasir dövrdə cinayətkarlığın formaları da dəyişir. Kibercinayətlər, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və digər təhlükələr hüquq-mühafizə orqanlarından yüksək peşəkarlıq, beynəlxalq əməkdaşlıq və müasir texnologiyalardan səmərəli istifadə tələb edir. Azərbaycan polisi bu çağırışlara uyğun fəaliyyət göstərərək ölkənin təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov rəhbərliyi ilə daxili işlər orqanlarında xidmət intizamının möhkəmləndirilməsi, peşə hazırlığının yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu fəaliyyət hüquq-mühafizə sisteminin müasir tələblərə uyğun inkişafına və cəmiyyətin polisə olan etimadının daha da möhkəmlənməsinə xidmət edir.

Polis peşəsi yalnız vəzifə deyil, böyük məsuliyyət, cəsarət və fədakarlıq tələb edən şərəfli xidmətdir. Polis əməkdaşı hər gün öz həyatını riskə ataraq cəmiyyətin təhlükəsizliyi naminə xidmət edir. Bu xidmətin arxasında ailəsindən uzaq keçirilən gecələr, çətin əməliyyatlar, yüksək məsuliyyət və Vətənə sədaqət dayanır.

Azərbaycan polisi dövlətçiliyin keşiyində duran, qanunun aliliyini təmin edən və cəmiyyətin təhlükəsizliyinə xidmət edən mühüm dövlət institutudur. Güclü polis olmadan sabit dövlət, təhlükəsiz cəmiyyət və davamlı inkişaf mümkün deyil.

Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının bütün əməkdaşlarını, veteranlarını və xidməti borcunu yerinə yetirərkən şəhid olmuş polis əməkdaşlarının ailələrini dərin hörmətlə təbrik edir, hər bir polis əməkdaşına möhkəm cansağlığı, məsuliyyətli xidmətində uğurlar və Vətənimiz naminə şərəfli fəaliyyət arzulayırıq.

Bayramınız mübarək, Azərbaycan Polisi!

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşarxəbərlər

Sabah Bakının 4 rayonunda su olmayacaq
CƏMİYYƏT

Sabah Bakının 4 rayonunda su olmayacaq

02/07/2026 12:34
50
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu
CƏMİYYƏT

Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

02/07/2026 12:21
50
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
CƏMİYYƏT

Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi

02/07/2026 11:58
51
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı – Bu dərmanlar satışdan kənarlaşdırıldı
CƏMİYYƏT

Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı – Bu dərmanlar satışdan kənarlaşdırıldı

02/07/2026 11:45
50
Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı – Bu dərmanlar satışdan kənarlaşdırıldı
CƏMİYYƏT

Səhiyyə Nazirliyi apteklərdə nöqsanlar tapdı – Bu dərmanlar satışdan kənarlaşdırıldı

02/07/2026 11:45
50
Vilayət Eyvazov polisləri TƏBRİK ETDİ
CƏMİYYƏT

Vilayət Eyvazov polisləri TƏBRİK ETDİ

02/07/2026 10:25
54

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

2 yaşlı körpə pnevmoniyadan öldü

2 yaşlı körpə pnevmoniyadan öldü

02/07/2026 12:37
50
Sabah Bakının 4 rayonunda su olmayacaq

Sabah Bakının 4 rayonunda su olmayacaq

02/07/2026 12:34
50
Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

02/07/2026 12:30
50
Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

02/07/2026 12:21
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
63

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
59

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
103

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.