Sumqayıtda yanğın hadisəsi baş verib.
Hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.
Məlumata görə, ərazidə məişət tullantıları yandırılarkən alov ətrafa yayılmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi və alovun geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülüb.
Video: Şəmistan Fikrətli














