Türkiyəli sosial media fenomeni Danla Biliç təcili əməliyyat olunacaq.
Gündəm24.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Biliçin vəziyyəti pisləşdiyi üçün bu səhər xəstəxanaya yerləşdirildiyi və əməliyyata alındığı bildirilir.
Məlumatlarda qeyd olunur ki, fenomenin illər əvvəl keçirdiyi omba böyütmə əməliyyatı ilə bağlı ağırlaşmalar yaşadığı və bu səbəbdən daha əvvəl də bir neçə əməliyyat keçirdiyi iddia edilir.
Digər iddialara əsasən, Danla Biliç üçün şəhər xaricindən həkim dəvət olunub və onun növbəti əməliyyata hazırlanması nəzərdə tutulub.
Lakin məsələ ilə bağlı Danla Biliç açıqlama verməyib. Buna görə də yayılan məlumatlar hələlik təsdiqlənməyib./milli.az/














