Çərşənbə, İyul 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Sumqayıtda qanunsuz söküntü iddiası

14/07/2026 14:37
CƏMİYYƏT
40 3
Sumqayıtda qanunsuz söküntü iddiası
55
Baxış sayı

Sumqayıt şəhərində vətəndaşa məxsus qanuni mülkiyyətin yerli qurumlar tərəfindən dağıdılması və mülkiyyət hüquqlarının pozulması ilə bağlı ciddi narazılıq yaranıb. Ərazidəki sənədsiz və zəbt olunmuş digər sahələrə toxunulmadığı halda, yalnız rəsmi çıxarışı olan vətəndaşın hədəf seçilməsi iddiaları məsələnin hüquqi müstəvidə ciddi şəkildə araşdırılmasını zəruri edir.

Məsələ ilə bağlı şikayət ünvanlayan Dadaşov Taleh Tapdıq oğlu bildirib ki, Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, Yeni yaşayış massivi, 4-cü məhəllə, ev 1/1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi tamamilə qanunidir və dövlət reyestrindən çıxarışla təsdiq olunub:

“Mənə məxsus 60.70 kvadratmetrlik fərdi yaşayış evi və 0.06 hektarlıq xüsusi mülkiyyətdə olan torpaq sahəsinin rəsmi sənədi — 30901303044-10301 reyestr nömrəli çıxarışı mövcuddur. Mənim sağımda və solumda yerləşən qonşuların torpaq və mülkiyyət üzərində heç bir hüquqi sənədi yoxdur və onların əraziləri tamamilə zəbt kateqoriyasına aiddir.

Ərazidə hasarlar çəkilib, yol öz qaydasında gedib və qanuni sənədi olan bir vətəndaş kimi mən də öz hasarımı sağ-sol qonşulara nisbətən onlarla tam paralel şəkildə inşa etmişdim”.

Onun sözlərinə görə, iyulun 7-də aidiyyəti qurumların nümayəndələri heç bir əsaslı xəbərdarlıq etmədən onun mülkiyyətinə ağır ziyan vurublar:

“İyulun 7-si tarixində bir neçə vəzifəli şəxs əraziyə traktor və xüsusi texnika gətirərək qanuni mülkiyyətim olan hasarları uçurdu, nəticədə mənə külli miqdarda maddi ziyan vurdu. Burada əsas sual və sorğumuzun məqsədi ondan ibarətdir ki, aidiyyəti qurumların bu kəskin müdaxiləsi və “zəbt olunmuş hissə” iddiası — yəni mülkiyyətdə olandan əlavə zəbt olunduğu iddia edilən 20 kvadratmetr — nəyə görə yalnız rəsmi sənədi olan mənə tətbiq edilir? Əgər bir qanun icra olunursa, torpaqları ümumiyyətlə sənədsiz və tamamilə zəbt vəziyyətində olan sağ və sol qonşularda da bu proses davam edəcəkmi, yoxsa bu yanaşma yalnız bir vətəndaşa qarşı seçici şəkildə həyata keçirilir? Bu prosesin hansı hüquqi formada və hansı meyarlarla davam etdiriləcəyinə, eləcə də mənə dəymiş ziyanın kompensasiya edilib-edilməyəcəyinə rəsmi qurumlar tərəfindən aydınlıq gətirilməlidir”.

Mənbə: Nocomment.az

Oxşarxəbərlər

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər
CƏMİYYƏT

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

14/07/2026 23:50
50
Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb
CƏMİYYƏT

Səhiyyə Nazirliyi texniki nasazlıqla bağlı məlumat yayıb

14/07/2026 21:50
71
Daha bir marşrut xəttinin avtobusları yenilənir
CƏMİYYƏT

Daha bir marşrut xəttinin avtobusları yenilənir

14/07/2026 19:54
60
Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış
CƏMİYYƏT

Bu müəssisə tüklü toyuqlardan KOLBASA hazırlayırmış

14/07/2026 19:26
64
ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)
CƏMİYYƏT

ŞOK İDDİA: Respublika Diaqnostika Mərkəzində Təhlükəli İnfeksiya tapılıb? (YENİLƏNİB)

14/07/2026 18:34
55
Sumqayıtda piyada səkisini “stol-stul zəbt edib”
CƏMİYYƏT

Sumqayıtda piyada səkisini “stol-stul zəbt edib”

14/07/2026 18:30
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

Zirədə çimərlikdə narahatlıq yaradan görüntülər

14/07/2026 23:50
50
Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

Seda Sayan evli cütlüklərə xəbərdarlıq etdi

14/07/2026 23:29
50
Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

Neslihan Atagül yeni paylaşımı ilə diqqət çəkdi

14/07/2026 23:00
52
Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

14/07/2026 22:36
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
60

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

Göy məscid: İrəvanın mavi incisi və Azərbaycan memarlığının şah əsəri

13/07/2026 09:17
71

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

Oxçu qalası – Zəngəzurun əzəmətli Babək qalalarından biri

10/07/2026 09:29
69

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.