Moskvanın “Federasiya” kompleksində yerləşən Qərb Qülləsində sərnişin liftinin yeddinci mərtəbədən düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Gündəm24.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Gündəm24.az xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Şahidlərin sözlərinə görə, hadisə zamanı binada elektrik enerjisi kəsilib və bütün liftlərin fəaliyyəti dayanıb. Bu zaman liftlərdən biri yeddinci mərtəbədən aşağı düşüb.
Liftin içərisində bir neçə sərnişin olub. Hadisə nəticəsində bəzi şəxslər boyun və diz nahiyəsindən xəsarət aldıqlarını bildiriblər.
Qeyd edək ki, hadisənin baş verdiyi “Federasiya” kompleksinin Qərb Qülləsi 62 mərtəbədən ibarətdir və hündürlüyü 242 metrdir. Hadisənin səbəbləri araşdırılır.//ajans.az
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.