Ermənistanda Vardavar bayramının qeyd olunduğu gün İrəvanda, Vaqarşyan küçəsində silahlı insident baş verib.
NOCOMMENT.az xəbər verir ki, məlumatlara görə, küçədə insanlar arasında yaranan münaqişə qısa müddətdə şiddətlənib və tərəflərdən biri digər şəxsə qarşı atəş açıb. Hadisə zamanı insanların çoxluq təşkil etdiyi ərazidə qorxu və təşviş yaşanıb.
Hüquq-mühafizə orqanları dərhal hadisə yerinə cəlb edilib, insidentlə bağlı araşdırmalara başlanılıb. Hazırda atəş açan şəxsin kimliyinin müəyyənləşdirilməsi və hadisənin təfərrüatlarının araşdırılması istiqamətində tədbirlər davam etdirilib.













