Cümə, İyul 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ!

24/07/2026 15:24
CƏMİYYƏT
38 3
Estetik əməliyyatın ən qorxulu FƏSADI – Xanımların DİQQƏTİNƏ!
52
Baxış sayı

Meksikada 30 yaşlı model Adriana Qarsiyanın estetik prosedur zamanı həyatını itirməsi plastik cərrahiyyənin risklərini yenidən gündəmə gətirib. “Daily Mail”in yaydığı məlumata görə, gözəllik sahəsində fəaliyyət göstərən bloger əməliyyat zamanı yaranan ağır fəsadlar səbəbindən vəfat edib. TikTok və İnstaqramda geniş izləyici auditoriyasına malik olan Qarsiyadan altı yaşlı qızı yadigar qalıb. Bu hadisə estetik müdaxilələrin təhlükəsizliyi ilə bağlı sualları yenidən aktuallaşdırır. Azərbaycanda da estetik əməliyyatlara maraq ildən-ilə artır.

30 yaşlı model plastik əməliyyat zamanı öldüBəs hansı şəxslər bu cür əməliyyatlara qərar verməzdən əvvəl xüsusi ehtiyatlı olmalıdır? Kimlər üçün estetik əməliyyat ciddi risk daşıyır və ümumiyyətlə, hansı hallarda bu müdaxilələrdən imtina edilməlidir?

Musavat.com-a danışan professor Adil Qeybulla bildirib ki, estetik cərrahiyyə xüsusi kateqoriyaya aiddir və sığorta vasitəsilə maliyyələşdirilmir: “Əgər xəstəlikdən və ya hər hansı zədədən sonra orqanizmdə funksional defekt yaranıbsa, sığorta bu fəsadların aradan qaldırılmasını qarşılaya bilər. Lakin sırf görünüşü dəyişmək, bədən şəkilləndirmə (abdominoplastika), burunşəkilləndirmə (rinoplastika) kimi əməliyyatları icbari tibbi sığorta qarşılamır. Bu səbəbdən həmin pasiyentlərə müayinə və müalicə mərhələsində tamamilə fərqli yanaşılmalıdır”.

Kosmetoloqa cərimə, işə xitam
Adil Qeybulla estetik əməliyyata müraciət edən şəxslərin əvvəlcə psixoloji qiymətləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, xüsusilə abdominoplastika kimi ağır müdaxilələrə gedən pasiyentlər mütləq ilk növbədə psixoloq müayinəsindən keçməlidirlər: “Çünki bir çox insan sadəcə xarici görünüşünə görə dərin komplekslər yaşayır və onlara cərrahi bıçaq altına yatmazdan öncə psixoloji yardım lazımdır. Digər tərəfdən, hərtərəfli tibbi müayinə aparılmalıdır. Pasiyentin böyrək çatışmazlığı, ürək-damar və ya digər gizli xəstəlikləri ola bilər. Estetik əməliyyatların bəziləri çox ağır bərpa dövrünə malik olduğundan, hərtərəfli yoxlanış aparılmadan bu riskə gedilməməlidir”.

Həkim plastik cərrahiyyə sahəsindəki mövcud qüsurları və savadsız yanaşmaları da kəskin tənqid edib: “Bəzən klinik protokolları bilməyən, lazımi təcrübəsi olmayan şəxslər tərəfindən bu əməliyyatlar icra edilir. Üstəlik, əməliyyatdan dərhal sonra xəstələri tələsik evə buraxırlar. Nəticədə pasiyentlər bədənin kəskin susuzlaşmasından (dehidratasiya), postoperativ fəsadlardan ağırlaşır və həyatlarını itirirlər. Mütəxəssis hesab edir ki, bu sahədə sərt və vahid müalicə-diaqnostika protokolu tətbiq olunmalıdır”.

Professor Adil Qeybulla prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcək
Professor risk qrupuna daxil olan və estetik cərrahiyyədən uzaq durmalı olan xəstəliklərin siyahısını da diqqətə çatdırıb. O bildirib ki, ağır komorbid (fəsadlaşmış) vəziyyətdə olanlara, autoimmun xəstəliyi olanlara, ağır ürək və ağciyər çatışmazlığından əziyyət çəkənlərə, eləcə də aktiv onkoloji xəstələrə geniş estetik əməliyyatların olunması qətiyyən məqsədəuyğun deyil: “Burada yalnız bir istisna ola bilər: xərçəng səbəbindən süd vəzisi xaric edilmiş (mastektomiya olunmuş) qadın tam sağaldıqdan sonra, ona süd vəzisinin bərpası məqsədilə estetik-rekonstruktiv əməliyyat icra oluna bilər”.

Oxşarxəbərlər

Bu ixtisaslar TƏHLÜKƏDƏ – Abituriyentlərin DİQQƏTİNƏ!
CƏMİYYƏT

Bu ixtisaslar TƏHLÜKƏDƏ – Abituriyentlərin DİQQƏTİNƏ!

24/07/2026 16:35
50
Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR
CƏMİYYƏT

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
61
Zelenski bu əraziləri Putinə verəcək? – Ukraynaya ÇAĞIRIŞ EDİLDİ
CƏMİYYƏT

Zelenski bu əraziləri Putinə verəcək? – Ukraynaya ÇAĞIRIŞ EDİLDİ

24/07/2026 15:38
50
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ

24/07/2026 14:53
51
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiqləndi
CƏMİYYƏT

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrin nümunəvi strukturu və ştat vahidləri təsdiqləndi

24/07/2026 14:47
52
DİQQƏT: Pensiyaçılar üçün avtobusdan istifadə daha ucuz ola bilər… – VACİB AÇIQLAMA
CƏMİYYƏT

DİQQƏT: Pensiyaçılar üçün avtobusdan istifadə daha ucuz ola bilər… – VACİB AÇIQLAMA

24/07/2026 13:58
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistan Hindistan “zibillər”inə böyük pullar verir – Gizli məlumat ortaya çıxdı

Ermənistan Hindistan “zibillər”inə böyük pullar verir – Gizli məlumat ortaya çıxdı

24/07/2026 16:56
50
Anar: “Mədəniyyət Nazirliyi bizdən üzr istədi”

Anar: “Mədəniyyət Nazirliyi bizdən üzr istədi”

24/07/2026 16:53
50
Bu ixtisaslar TƏHLÜKƏDƏ – Abituriyentlərin DİQQƏTİNƏ!

Bu ixtisaslar TƏHLÜKƏDƏ – Abituriyentlərin DİQQƏTİNƏ!

24/07/2026 16:35
50
Aybəniz Haşımova: “Aynişan artıq öz adını yaddaşlara yazdı” – VİDEO

Aybəniz Haşımova: “Aynişan artıq öz adını yaddaşlara yazdı” – VİDEO

24/07/2026 16:22
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
61

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
59

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

23/07/2026 20:11
73

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In