Uzun illərdir həm işləyir, həm pensiya alır… Haqverdi Haqverdiyev deyir ki, əmək fəaliyyətini davam etdirməsinin əsas səbəbi təkcə əlavə gəlir əldə etmək deyil.
Gündəm24.az xəbər verir ki, onun sözlərinə görə, peşəsinə olan sevgisi və elmi fəaliyyətə marağı bu qərarında mühüm rol oynayır. Hazırda o, yer qabığının təkamül dinamikasının araşdırılması ilə məşğuldur.
Bəs əmək fəaliyyətini davam etdirən pensiyaçıların aldıqları pensiya sonradan yenidən hesablana və artırıla bilərmi?
Mütəxəssislərin sözlərinə görə, pensiyanın yenidən hesablanması yalnız vətəndaşın rəsmi əmək müqaviləsi əsasında işləməsi və onun adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi halında mümkündür.














