Rusiya qoşunları iyulun 25-nə keçən gecə pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək Sumı və Zaporojyeyə zərbələr endirib.
Gündəm24.az xəbər verir ki, nəticədə azı iki nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.
Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, Sumıda reaktiv pilotsuz uçuş aparatının zərbəsi mülki infrastruktur obyektinə tuş gəlib, anbar binaları və nəqliyyat vasitələri zədələnib.
Kovpakovski rayonunda yanacaqdoldurma məntəqəsinə və çoxmənzilli binanın damına hücum edilib.
Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov isə Zaporojyedə Rusiyanın zərbəsi nəticəsində ticarət mərkəzinin zədələndiyini, orada təqribən 500 kv. m sahədə yanğın baş verdiyini bildirib./Publika.az/













