Şənbə, İyul 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Vado Korovin AÇIQLAMA VERDİ

25/07/2026 15:05
CƏMİYYƏT
38 2
Vado Korovin AÇIQLAMA VERDİ
51
Baxış sayı

Ötən gün “Space” televiziyasının bank hesablarına qoyulan həbs məsələsi ilə bağlı telekanalın yaydığı rəsmi açıqlamada yaranmış problemlərin əvvəlki rəhbərlik dövrünə aid olduğu bildirilib və sabiq baş direktor Vado Korovinə qarşı bir sıra iddialar səsləndirilib.

 

 

Gündəm24.az  xəbər vrrir ki, Manset.az məsələ ilə bağlı “Space TV” nin sabiq rəhbəri Vado Korovinlə əlaqə saxlayıb. O açıqlamasında bildirib ki, hazırkı rəhbərliyin ittihamları məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Onun sözlərinə görə, telekanalı qəbul edərkən kredit öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlər artıq mövcud idi və sözügedən kredit də onların təyinatından iki il əvvəl rəsmiləşdirilmişdi:

 

“Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə təhvil almışdıq. Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti üzə çıxır. Rəhbər ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirilməlidir.

 

Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi və ya hansısa rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu gün demək olar ki, bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların əhəmiyyətli hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara keçib. Nəticədə televiziya reklamlarının həcmi ciddi şəkildə azalıb və bu, əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəbdən kanal kredit öhdəliklərini ödəməkdə çətinlik çəkirdi”

 

Sabiq rəhbər qeyd edib ki, rəhbərliyin fəaliyyəti miras qalan problemlərlə deyil, əldə olunan nəticələrlə qiymətləndirilməlidir. O vurğulayıb ki, rəhbərliyi dövründə “Space” TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəlib, reytinqlər isə dörd dəfə artıb:

 

“Artıq ikinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan kanalı qəbul edib onu ikinci pilləyə yüksəltmək, reytinqlərini dörd dəfə artırmaq isə tamamilə fərqli idarəetmə vəzifəsidir. İstənilən rəhbərin fəaliyyəti də məhz bu meyarla qiymətləndirilməlidir.

 

Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilirdi. Kanal öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.

 

Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük həcmli kommersiya müqaviləsi imzalanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratdı və bu gün də yaratmağa davam edir. Hətta hazırkı rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi maaş ödənişləri də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olub”.

 

Sabiq direktor həmçinin telekanalın texniki bazasının inkişaf etmədiyi barədə iddiaları təkzib edib:

 

“Xüsusilə, mənim rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etmədiyi ilə bağlı səsləndirilən iddialar təəccüb doğurur. Bu, həqiqəti əks etdirmir. Mənim fəaliyyətim dövründə “Space” TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib. Xüsusilə aşağıdakı avadanlıqlar və texniki vasitələr alınıb:

 

8 robotlaşdırılmış televiziya kamerası;

 

3 yeni studiya kamerası;

 

bütün studiyalar üçün yeni televiziya pultları;

 

mikrofon bazası tam yenilənib;

 

yeni kompüterlər və istehsalat avadanlıqları;

 

televiziya studiyaları modernləşdirilib;

 

efir və istehsalat avadanlıqları yenilənib;

 

yeni xidməti avtomobillər alınıb.

 

Bu isə görülən işlərin tam siyahısı deyil.

 

Bütün satınalmalar rəsmi qaydada həyata keçirilib. Müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və bütün mühasibat sənədləri televiziya kanalının arxivində saxlanılır. Görülmüş işlərlə bağlı bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib olunmuş aktda da öz əksini tapıb. Buna görə də bu cür iddiaları yoxlamaq olduqca asandır. Bunun üçün sadəcə müvafiq sənədlərə baxmaq kifayətdir”.

 

Vado Korovin əlavə edib ki, hazırkı rəhbərliyin otaqlarda aparılan təmir işlərini əsas nailiyyət kimi təqdim etməsi təəccüb doğurur. O bildirib ki, kosmetik təmir işləri onların rəhbərliyi dövründə həyata keçirilib və əsas investisiyalar kanalın texniki inkişafına yönəldilib.

 

Sonda Korovin bildirib ki, Ayaz Mustafayevin səsləndirdiyi ittihamlar məsuliyyəti üzərinə götürməmək cəhdidir:

 

“Ayaz Mustafayevin səsləndirdiyi bütün ittihamlar isə sadəcə üzərinə götürməyə hazır olmadığı məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Halbuki o, bu məsuliyyəti daşımalı olduğunu bilə-bilə rəhbər vəzifəsini qəbul edib.

 

Eyni məntiqlə mən də məsuliyyəti kanalı bu krediti ödəməyə qadir olmadığını bilə-bilə götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O da öz növbəsində məsuliyyəti ondan əvvəlki rəhbərliyin üzərinə yönəldə bilər.

 

Bu gün söylədiyim hər bir fikir sənədlərlə, maliyyə hesabatları ilə, müqavilələrlə, satınalmalarla, reytinq göstəriciləri və komandamızın əldə etdiyi real nəticələrlə təsdiqlənir.”

Oxşarxəbərlər

Bakı-Tbilisi qatarı da yolda QALDI
CƏMİYYƏT

Bakı-Tbilisi qatarı da yolda QALDI

25/07/2026 16:30
50
Çimərliklərdə TƏHLÜKƏ VAR- XƏBƏRDARLIQ
CƏMİYYƏT

Çimərliklərdə TƏHLÜKƏ VAR- XƏBƏRDARLIQ

25/07/2026 10:14
51
Tanınmış cəzaçəkmə müəssisəsinin sabiq rəisi vəfat etdi – ÖZƏL
CƏMİYYƏT

Tanınmış cəzaçəkmə müəssisəsinin sabiq rəisi vəfat etdi – ÖZƏL

25/07/2026 10:04
51
Polkovnik-leytenant vəfat etdi
CƏMİYYƏT

Polkovnik-leytenant vəfat etdi

25/07/2026 09:16
51
Azərbaycan ictimaiyyətinə ağır itki
CƏMİYYƏT

Azərbaycan ictimaiyyətinə ağır itki

24/07/2026 20:05
54
Bu şəxslərin pensiyası ARTA BİLƏR
CƏMİYYƏT

Bu şəxslərin pensiyası ARTA BİLƏR

24/07/2026 19:53
57

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya…

Pezeşkianın çıxışı kəsildi: Hökumətdən sərt reaksiya…

25/07/2026 17:20
50
Bakı-Tbilisi qatarı da yolda QALDI

Bakı-Tbilisi qatarı da yolda QALDI

25/07/2026 16:30
50
İrandan Ermənistanla bağlı TƏKLİF

İrandan Ermənistanla bağlı TƏKLİF

25/07/2026 16:13
51
Kimin evində varsa ŞAD XƏBƏR: QİYMƏTİ ARTIB

Kimin evində varsa ŞAD XƏBƏR: QİYMƏTİ ARTIB

25/07/2026 15:51
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

Əski Parçası ilə Bağlanan Təhlükə: Sumqayıt Elektrik Şəbəkəsi Hara Baxır?-FOTOLAR

24/07/2026 15:51
91

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

Qərbi Azərbaycanın memarlıq incisi – Məhəmməd Sərtib xan məscidi

24/07/2026 09:44
63

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

“Su axar çuxurunu tapar” deyiblər… Burada isə hamam suyunun ünvanı qonşunun evidir!-VİDEO

23/07/2026 20:11
73

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

“Qazdılar, dağıtdılar, getdilər…” – Sumqayıt Su İdarəsinin rəhbərliyi Babək prospektində sakinləri pis vəziyyətə qoyub -FOTOLAR

23/07/2026 19:08
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.