Son üç gün ərzində Rumıniya ərazisində Rusiyaya məxsus üç pilotsuz uçuş aparatı məhv edilib.
NOCOMMENT.az xəbər verir ki, məlumatı açıqlayan Rumıniya prezidenti Nikusor Dan ölkənin Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsinin Rusiya PUA-sını sıradan çıxardığını bildirib.
Hadisə ilə bağlı kəskin etirazını ifadə edən dövlət başçısı Rusiya pilotsuz təyyarələrinin həm NATO, həm də Avropa İttifaqı üzvü olan Rumıniyanın hava məkanını pozmağa davam etməsinin dözülməz olduğunu vurğulayıb.
İnsidentin Sulina-Çili bölgəsində baş verdiyi qeyd olunur. Rumıniya Baş Prokurorluğunun apardığı araşdırmanın nəticələrinə əsasən, vurulan aparatın Ukraynadakı müharibə zamanı Rusiya qüvvələri tərəfindən istifadə edilən “Şahed” tipli PUA olduğu müəyyən edilib.













