Rusiya vətəndaşlarının Ermənistanda kirayə mənzilə olan tələbatı kəskin artaraq yenidən 2022-ci ilin göstəriciləri ilə müqayisə olunan səviyyəyə çatıb.
Gündəm24.az xəbər verir ki, “Verstka” nəşrinin yerli rieltorlara istinadən yayı məlumata görə, İrəvanda mənzil kirayəsi qiymətləri son bir neçə ay ərzində təxminən 30% bahalaşıb. Mütəxəssislər yaranmış vəziyyəti “yenidən gələn rusiyalıların axını” ilə izah edirlər.
Nəşrin həmsöhbəti bildirib ki, son illərdə onun xidmətlərindən əsasən artıq İrəvanda yaşayan Rusiya mühacirləri istifadə edirdisə, hazırda müştərilərin təxminən 80%-ni yeni gələnlər və ya yaxın vaxtlarda köçməyi planlaşdıranlar təşkil edir.
Ermənistandakı rieltorların sözlərinə görə, yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir hissəsi mənzilləri avqustun sonu və sentyabr ayı üçün axtarır. Mənbələrdən biri iddia edir ki, ölkəyə köçən rusiyalılar sentyabrın 18-dən 20-dək keçiriləcək Dövlət Dumasına seçkilərə qədər Rusiyanı tərk etmək istəyirlər.//nocomment.az














