Çərşənbə axşamı, Avqust 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

ABŞ “düyməni” söndürsə, Avropada… – ŞOK

18/08/2026 15:03
Dünya, Manşet
53 1
ABŞ “düyməni” söndürsə, Avropada… – ŞOK
68
Baxış sayı

Avropa illərdir ABŞ-nin texnologiya nəhənglərindən asılılığını azaltmaq və “rəqəmsal suverenlik” əldə etmək barədə danışır. Bəs ABŞ texnologiyaları bir gün həqiqətən əlçatmaz olsa, adi avropalının həyatı necə dəyişər? “Politico”nun jurnalisti bunu öz üzərində sınaqdan keçirib və 72 saat ərzində ABŞ texnologiyalarından tamamilə imtina etməyə çalışıb.

Gündəm24.az xəbər verir ki, “Politico” saytının arıaşdırmaçıları üç gün Brüsseldə “iPhone”, “Mac”, “Google Search” və “Maps”, “ChatGPT”, “WhatsApp”, “Signal”, “Facebook”, “Instagram”, “Slack”, “Teams”, hətta “Visa” və “Mastercard” olmadan yaşamağa və işləməyə çalışıblar.

Təcrübənin arxasında isə kifayət qədər ciddi siyasi sual dayanır: Vaşinqton Avropanın ABŞ texnologiyalarından asılılığını nə vaxtsa siyasi və iqtisadi təzyiq vasitəsinə çevirə bilərmi?

Bu qorxu artıq tamamilə nəzəri deyil. ABŞ prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin fransız əsilli hakimi Nikola Giyonu ABŞ ilə əlaqəli maliyyə və texnologiya xidmətlərindən məhrum etmişdi. Hakim bunun nəticəsini “rəqəmsal ölüm”ə bənzətmişdi. ABŞ-nin ixrac məhdudiyyətləri iyunda “Anthropic” şirkətini iki qabaqcıl süni intellekt modelinə bəzi xarici vətəndaşların çıxışını bağlamağa da məcbur etmişdi.

“Politico”nun istinad etdiyi “Proton” sorğusu problemin Avropa biznesində də ciddi narahatlıq doğurduğunu göstərir: Avropa şirkət rəhbərlərinin 74 faizi ABŞ texnologiyalarına çıxışın kəsilməsinin onların fəaliyyətini poza biləcəyindən ehtiyat edir.

Jurnalistin ilk problemi smartfon olub. “iPhone”u söndürərək Finlandiyanın klassik “Nokia” telefonlarından birinə keçib. Lakin tezliklə məlum olub ki, müasir həyatın böyük hissəsi artıq adi telefon zəngi və SMS üzərində qurulmur. Bildirişlər, messencerlər, sosial şəbəkələr və videozənglər birdən-birə yoxa çıxıb.

Daha ciddi problem isə pul ödəmək zamanı ortaya çıxıb. Jurnalist mağaza və restoranlarda bank kartından da istifadə edə bilməyib. Səbəb sadədir: “Visa” və “Mastercard” Avropada kart ödənişləri bazarında dominantdır və hətta Avropa bankının verdiyi kartla edilən ödəniş çox vaxt ABŞ şirkətlərinin infrastrukturundan keçir. Nəticədə jurnalist üç gün ərzində əsasən nağd pulla yaşamalı olub.

Əyləncə sahəsində vəziyyət də fərqli olmayıb. “Netflix”, “Amazon Prime”, “Disney+” və “YouTube”dan imtina etmək kifayət etməyib. Jurnalistin televizoru və planşeti də “Google” proqram təminatı ilə işlədiyi üçün Avropa striminq xidmətlərinə keçmək belə çətinləşib.

Eksperimentin ən maraqlı nəticəsi isə ABŞ texnologiyalarının Avropanın öz şirkətlərinin arxasında belə gizlənməsi olub.

Məsələn, İsveçin “Spotify” və Estoniyada yaradılmış “Bolt” kimi Avropa şirkətləri də ABŞ-nin tətbiq mağazalarından, əməliyyat sistemlərindən, ödəniş şəbəkələrindən və digər rəqəmsal infrastrukturundan ciddi şəkildə asılıdır.

Daha böyük problem “bulud” (cloude) infrastrukturu ilə bağlıdır. Avropada saytların, məlumatların və rəqəmsal xidmətlərin işləməsi üçün istifadə edilən bu bazarın böyük hissəsinə “Amazon”, “Microsoft” və “Google” nəzarət edir. “Politico” yazır ki, bu xidmətlərin birdən-birə dayanması halında Avropa iqtisadiyyatının, dövlət idarəçiliyinin və kommunikasiya infrastrukturunun mühüm hissələri normal fəaliyyət göstərməkdə çətinlik çəkə bilər.

Jurnalist iş həyatında ABŞ texnologiyalarını Avropa alternativləri ilə əvəz etməyə çalışıb. Linux əməliyyat sistemli kompüter, İsveçrənin “Proton” elektron poçtu, Norveçin “Vivaldi” brauzeri, Fransanın “Qwant” axtarış sistemi, “LibreOffice” və Fransanın “Mistral” süni intellekt xidmətindən istifadə edib. Texniki baxımdan işləmək mümkün olub.

Problem başqa yerdən çıxıb: ətrafındakı hər kəs ABŞ platformalarından istifadə etməyə davam edib.

“Slack” və “Teams”də keçirilən görüşlərə qatıla, “WhatsApp” və “Signal”dakı mesajları görə bilməyən jurnalist faktiki olaraq öz kollektivindən təcrid olunub.

“Politico”nun 72 saatlıq eksperimentindən çıxardığı əsas nəticə də məhz budur: Avropanın rəqəmsal suverenliyi ayrı-ayrı insanların “iPhone”u “Nokia” ilə, “Google”u Avropa axtarış sistemi ilə əvəz etməsi ilə mümkün deyil. İnsanlar, şirkətlər və dövlət qurumları birlikdə alternativ infrastruktura keçməsələr, fərdi şəkildə ABŞ texnologiyalarından imtina edən şəxs daha müstəqil olmaq əvəzinə rəqəmsal baxımdan təcrid olunur.

Eksperiment bitdikdən sonra jurnalist özü də əvvəlki həyatına çox sürətlə qayıdıb: “iPhone” yenidən cibinə, bank kartı pulqabısına qayıdıb, mesajlar isə ABŞ platformalarından gəlməyə başlayıb. Dostlarının ona göndərdiyi ilk mesajlardan biri üç günlük təcrübənin nəticəsini ironik şəkildə ümumiləşdirib: “WhatsApp”a qayıdırıq?”\Musavat.com

Oxşarxəbərlər

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE
Manşet

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

18/08/2026 17:35
50
Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO
Manşet

Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO

18/08/2026 17:20
50
David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”
CƏMİYYƏT

David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”

18/08/2026 16:56
66
Rusiya İrana Xəzər vasitəsilə SURSAT GÖNDƏRİR – İDDİA
Dünya

Rusiya İrana Xəzər vasitəsilə SURSAT GÖNDƏRİR – İDDİA

18/08/2026 16:32
53
Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?
CƏMİYYƏT

Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?

18/08/2026 16:30
54
Azərbaycanda qadın maşında ÖLDÜRÜLDÜ
Kriminal

Azərbaycanda qadın maşında ÖLDÜRÜLDÜ

18/08/2026 15:55
61

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

18/08/2026 17:35
50
Bakıda tıxacla bağlı YENİ TƏKLİF: Rayon maşınlarına qadağa?

Bakıda tıxacla bağlı YENİ TƏKLİF: Rayon maşınlarına qadağa?

18/08/2026 17:05
50
David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”

David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”

18/08/2026 16:56
66
Maliyyələşdirilmiş qaimələr üçün YENİ REYESTR SİSTEMİ

Maliyyələşdirilmiş qaimələr üçün YENİ REYESTR SİSTEMİ

18/08/2026 16:55
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
72

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

17/08/2026 18:50
151

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

17/08/2026 08:28
71

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
79

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.