Çərşənbə axşamı, Avqust 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

18/08/2026 17:35
Manşet, Siyasət
39 1
İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE
51
Baxış sayı

Böyük Britaniya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişaf etdiyi bir dövrdə Londonun Bakıya yeni səfir təyin etməsi diplomatik dairələrdə diqqət çəkən hadisələrdən biridir. Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Norman artıq etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Gündəm24.az  yeni səfirin dosyesini təqdim edir:

Dunkan Çarlz Norman 12 oktyabr 1971-ci ildə Böyük Britaniyanın Surrey qraflığının Çertsi şəhərində anadan olub. O, 1979–1989-cu illərdə Uayt adasında yerləşən Rayd məktəbində təhsil alıb.

Dunkan Norman Böyük Britaniyanın uzunmüddətli diplomatik təcrübəyə malik diplomatlarından biridir. O, diplomatik fəaliyyətinə 1990-cı ildə Böyük Britaniyanın Xarici İşlər və Birlik Ölkələri Nazirliyində (FCO) başlayıb.

1990–1993-cü illərdə FCO-nun Birgə Yardım Bölməsi və Maliyyə Departamentində bölmə əməkdaşı kimi çalışıb. 1994-cü ildə Albaniya və Sloveniya üzrə tədqiqatçı əməkdaş kimi fəaliyyət göstərib.

Daha sonra Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində vitse-konsul vəzifəsində çalışan Norman diplomatik fəaliyyətinin sonrakı mərhələsində Cənubi Qafqaz istiqamətində də çalışıb.

1998–2000-ci illərdə İrəvanda Böyük Britaniyanın diplomatik missiya rəhbərinin müavini vəzifəsini tutub. Ardınca 2000–2003-cü illərdə FCO-nun Yaxın Şərq Departamentinin Körfəz bölməsində diplomatik əməkdaş, daha sonra isə bölmə rəhbəri kimi fəaliyyət göstərib.

2004–2006-cı illərdə Tortolada Qubernatorluq Ofisinin rəhbəri olub. 2006–2007-ci illərdə Dəkkədə birinci katib, 2007–2010-cu illərdə isə Böyük Britaniyanın Ali Komissarının müavini vəzifəsində çalışıb.

2010–2013-cü illərdə FCO-nun İnsan Resursları Departamentinin İnsan Resursları Xidmətləri Bölməsinə rəhbərlik edib.

2013-cü ildə Böyük Britaniya Nazirlər Kabinetinin G8 Sədrliyi Bölməsində baş tədbir meneceri kimi fəaliyyət göstərib. Həmin ildən 2016-cı ilə qədər isə FCO-nun Əfqanıstan bölməsinə rəhbərlik edib.

Normanın diplomatik karyerasında ən mühüm vəzifələrindən biri Albaniyada səfir postu olub. O, 2016-cı ildən 2021-ci ilin avqustuna qədər Böyük Britaniyanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib.

2026-cı ildən isə Dankan Norman Böyük Britaniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Normanın Azərbaycanla bağlı diplomatik təcrübəsi də diqqət çəkir. O, 1998–2000-ci illərdə İrəvanda missiya rəhbərinin müavini kimi çalışaraq Cənubi Qafqaz regionu ilə bağlı ilkin diplomatik təcrübə qazanıb.

Daha sonra onun fəaliyyəti Yaxın Şərq, Cənubi Asiya, Balkanlar, Əfqanıstan və Körfəz regionu kimi müxtəlif istiqamətləri əhatə edib.

Dankan Norman Azərbaycana yeni səfir kimi gəldikdən sonra Prezident İlham Əliyevə etimadnaməsini təqdim edib.

Səfir mərasim zamanı Azərbaycan dilində də çıxış edib. O bildirib ki, həyat yoldaşı ilə 27 il əvvəl Azərbaycana ilk dəfə gəldikləri zaman insanların mehribanlığı və Bakının böyük potensialı onları təsirləndirib.

Norman Azərbaycan və Böyük Britaniya arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdirilməsinin onun üçün şərəf olduğunu vurğulayıb.

O, iki ölkə arasında bərpaolunan enerji, müdafiə, aviasiya və təhsil sahələrində əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

Səfir, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində Prezident İlham Əliyevin səylərinin Böyük Britaniya hökuməti tərəfindən təqdir edildiyini qeyd edib.

Dankan Norman Azərbaycanın minatəmizləmə səylərinə də toxunub. O, Böyük Britaniyanın bu istiqamətdə Azərbaycanı dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırladıb.

Oxşarxəbərlər

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO
Manşet

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
57
Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO
Manşet

Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO

18/08/2026 17:20
51
David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”
CƏMİYYƏT

David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”

18/08/2026 16:56
66
Rusiya İrana Xəzər vasitəsilə SURSAT GÖNDƏRİR – İDDİA
Dünya

Rusiya İrana Xəzər vasitəsilə SURSAT GÖNDƏRİR – İDDİA

18/08/2026 16:32
53
Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?
CƏMİYYƏT

Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?

18/08/2026 16:30
54
Azərbaycanda qadın maşında ÖLDÜRÜLDÜ
Kriminal

Azərbaycanda qadın maşında ÖLDÜRÜLDÜ

18/08/2026 15:55
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
57
Azər Həsrət YENİ NƏSLƏ bağlı etiraz etdi: Kitab məsələsi

Azər Həsrət YENİ NƏSLƏ bağlı etiraz etdi: Kitab məsələsi

18/08/2026 17:48
50
İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

İlham Əliyevin qəbul etdiyi yeni səfir: KİMDİR? – DOSYE

18/08/2026 17:35
51
Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO

Röyanın bu sözləri DİQQƏT ÇƏKDİ: “Səni sevirəm…” – VİDEO

18/08/2026 17:20
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
57

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
72

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

17/08/2026 18:50
152

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

17/08/2026 08:28
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In