Çərşənbə axşamı, Avqust 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ

18/08/2026 17:45
CƏMİYYƏT, Manşet
42 1
Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ
54
Baxış sayı

Azərbaycan ABŞ-ın federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb.

Gündəm24.az    “Report”a istinadən xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir.

2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.

Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-in sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib. Amma belə bir cavaba baxmayaraq, materialda Azərbaycanın təqdim etdiyi mövqe adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.

Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.

Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib. İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.

CNN Azərbaycanın haqlı tələblərini araşdırmağa söz versə də, bu müddət ərzində heç bir əməli tədbir görməyib və irəli sürdüyü saxta iddiaları təkzib etməyib.

Belə olan təqdirdə Azərbaycan CNN-ə qarşı ABŞ-ın Delaver ştatı üzrə federal məhkəməsində (media qurumunun rəsmi təsis edildiyi ştatda) iddia qaldırıb və iddia tələbi 17 avqust 2026-cı il tarixində rəsmən məhkəməyə təqdim edilib.

Qeyd edək ki, CNN materialının müəlliflərindən biri olan Tim Listerin əvvəlki materiallarında da Azərbaycanla bağlı birtərəfli yanaşma müşahidə edildiyi məlumdur. O, 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri zamanı dərc etdiyi məqalələrdə də Azərbaycana qarşı qərəzli iddialar yayımlayıb.

Oxşarxəbərlər

BƏƏ-yə RAKET TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi – TƏCİLİ
Dünya

BƏƏ-yə RAKET TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi – TƏCİLİ

18/08/2026 20:39
52
YouTube baxışları DƏYİŞDİ: Videolar belə SAYILACAQ
CƏMİYYƏT

YouTube baxışları DƏYİŞDİ: Videolar belə SAYILACAQ

18/08/2026 20:38
51
Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO
CƏMİYYƏT

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
68
Bakının əsas küçələrində mağazalar BAĞLANIR – SƏBƏB
CƏMİYYƏT

Bakının əsas küçələrində mağazalar BAĞLANIR – SƏBƏB

18/08/2026 20:15
51
Viktor Yuşşenkodan İlham Əliyevə TƏŞƏKKÜR – PAYLAŞIM
Manşet

Viktor Yuşşenkodan İlham Əliyevə TƏŞƏKKÜR – PAYLAŞIM

18/08/2026 20:10
50
Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI
CƏMİYYƏT

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI

18/08/2026 18:49
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Məşhur aktrisa 94 yaşında vəfat etdi

Məşhur aktrisa 94 yaşında vəfat etdi

18/08/2026 20:52
52
BƏƏ-yə RAKET TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi – TƏCİLİ

BƏƏ-yə RAKET TƏHLÜKƏSİ: Xəbərdarlıq edildi – TƏCİLİ

18/08/2026 20:39
52
YouTube baxışları DƏYİŞDİ: Videolar belə SAYILACAQ

YouTube baxışları DƏYİŞDİ: Videolar belə SAYILACAQ

18/08/2026 20:38
51
Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
68

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
68

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
64

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

17/08/2026 18:50
155

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In