Sumqayıt şəhərinin uzun müddət zibilliyə çevrilmiş, sakinlərin narazılığına səbəb olan küçələri nəhayət abadlaşdırılır.
Gündəm24.az xəbər verir ki, şəhərin bir sıra ərazilərində illərdi baxımsız qalan, tullantılarla dolu küçələrdə asfaltlaşdırma işlərinə başlanılıb. Sakinlər əvvəllər bu ərazilərin toz-torpaq, zibil qalıqları və dağınıqlıq ilə müşayiət olunduğunu bildirirdilər.
Aparılan işlər çərçivəsində küçələr təmizlənərək yeni asfalt örtüyü ilə örtülür, bununla da həm nəqliyyat hərəkəti rahatlaşdırılır, həm də ərazinin ümumi görünüşü yaxşılaşdırılır.













