Bakının Xətai rayonunda su xətlərində aparılan yenilənmə ilə əlaqədar olaraq, rayonun bəzi ərazilərində içməli su fasilələrlə veriləcək.
Gündəm24.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
“Diametri 200 mm olan içməli su xəttinin diametri 600 mm olan magistral su borusuna qoşulması işləri çərçivəsində 25.08.2026-cı il tarixdə saat 23.00-dan 26.08.2026-cı il gecə saatlarınadək Xətai rayonun bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik”, – məlumatda qeyd olunur.













