Bazar ertəsi, Fevral 23, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Monqolustandan gətirilən qoyun əti HARAMDIR? – AÇIQLANDI

06/11/2025 10:39
CƏMİYYƏT, DİN, Gündəm
42 1
Monqolustandan gətirilən qoyun əti HARAMDIR? – AÇIQLANDI
54
Baxış sayı

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35 %, kəmiyyət baxımından isə 24 % azalıb.

Hesabat dövründə Azərbaycanın əsas tədarükçüləri aşağıdakı ölkələr olub:

  • Monqolustan – 349,72 min ABŞ dolları dəyərində (-38 %) 87,43 ton (-38 %),
  • Rusiya – 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə),
  • Yeni Zelandiya – 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26 %),
  • Avstraliya – 0,53 min ABŞ dolları dəyərində (-62 %) 0,03 ton (-40 %).

Qeyd edək ki, 2024-cü ildə Azərbaycana idxal edilən 453 ton qoyun ətinin 99,3 faizi Monqolustanın payına düşüb.

Dini və mənəvi baxımdan narahatlıq

Statistik məlumatlar diqqət çəkici bir məqamı da ortaya qoyur: qoyun əti idxalının hamısı qeyri-müsəlman ölkələrinin payına düşür. Bu isə bəzi ekspertlər və ilahiyyatçılar tərəfindən dini və mənəvi baxımdan narahatlıq doğuran məsələ kimi dəyərləndirilir.

Day.Az xəbər verir ki, ilahiyyatçı Tural İrfan “Bizim.Media”ya açıqlamasında bildirib ki, bu ölkələrdə heyvanların kəsimi İslam qaydalarına uyğun şəkildə həyata keçirilmədiyi bildirilir:

“İslam dininə görə, əti yeyilən heyvanlar qibləyə tərəf yönəldilərək, Allahın adı ilə kəsilməlidir. Əks halda, həmin heyvan murdar hesab olunur və ətinin yeyilməsi haram sayılır”.

İlahiyyatçı əlavə edib ki, düzgün şəkildə – yəni qibləyə yönəldilərək və Allahın adı çəkilərək kəsilən heyvanlardan qan tam şəkildə xaric olur. Bu, həm dini baxımdan tələblərə uyğundur, həm də tibbi cəhətdən sağlamlıq üçün daha təhlükəsiz hesab edilir.

“Elektrik cərəyanı və ya digər süni üsullarla öldürülən heyvanlarda qan tam şəkildə bədəndən xaric olmur. Bu isə həm dini, həm də sağlamlıq baxımından məqbul deyil”, – deyə o bildirib.

“Belə ətlərin istifadəsi doğru deyil”

Tural İrfanın sözlərinə görə, dini qaydalara əməl olunmadan kəsilmiş və mənşəyi məlum olmayan ətlərin istifadəsi doğru hesab edilmir:

“Əgər idxal olunan ət məhsulları İslam qaydalarına uyğun şəkildə hazırlanmayıbsa, onların istifadəsi dini və tibbi baxımdan məqsədəuyğun deyil. Xarici ölkələrlə ət mübadiləsi aparılarkən, həmin məhsulların həm dini, həm də milli-mənəvi dəyərlərimizə uyğun şəkildə istehsal olunmasına xüsusi diqqət yetirilməlidir”.

İlahiyyatçı əlavə edib ki, bəzi məlumatlara görə, Monqolustanda heyvanların kəsimi ənənəvi və ya dini qaydalara uyğun aparılmır:

“Heyvanın ürəyi çıxarılaraq, qanının axmasına şərait yaradılmır. Nəticədə həm heyvan işgəncə ilə ölür, həm də qan ətin tərkibində qalaraq zərərli xüsusiyyət alır”.

“Halal” sertifikatı tələb oluna bilərmi?

Məsələnin digər tərəfi isə hüquqi və nəzarət mexanizmləri ilə bağlıdır. İdxal olunan ət məhsullarının “Halal” sertifikatına malik olub-olmaması məsələsi ictimai maraq doğurur.

Bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu göndərilib. Məsələ diqqətdə saxlanılır.

Oxşarxəbərlər

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi
Gündəm

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

23/02/2026 15:33
51
Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı
Gündəm

Kəmaləddin Heydərovun müavinlərinin adı FHN-in saytından çıxarıldı

23/02/2026 13:17
51
Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir – VİDEO
Gündəm

Bakı əhalisinin nəzərinə: iş və dərs saatları dəyişir – VİDEO

23/02/2026 13:04
51
Prezident fərmanı: minimum əməkhaqqı barədə mühüm qərar
Gündəm

Prezident fərmanı: minimum əməkhaqqı barədə mühüm qərar

23/02/2026 12:35
55
“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi – FOTOLAR
Gündəm

“Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil etdi – FOTOLAR

23/02/2026 12:20
54
Bu şəxslərə pulsuz avtomobil veriləcək
Gündəm

Bu şəxslərə pulsuz avtomobil veriləcək

23/02/2026 12:04
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Aldığımız mandarin nə üçün tez kiflənir?

Aldığımız mandarin nə üçün tez kiflənir?

23/02/2026 15:34
52
Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

23/02/2026 15:33
51
Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

23/02/2026 15:15
51
Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR

Azərbaycanın növbəti yardımı Ukraynaya təhvil verildi – FOTOLAR

23/02/2026 14:21
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
52

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
52

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.