Çərşənbə axşamı, Noyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“20 Yanvar” metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?

24/11/2026 16:57
CƏMİYYƏT, Manşet
786 41
“20 Yanvar” metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?
685
Paylaşım sayı
951
Baxış sayı
Bakının Nəsimi rayonu, “20 Yanvar” metrostansiyasının Velotrek (hazırkı adı PARK20) istiqamətində yerləşən çıxışında uzun müddətdir ciddi problemlər mövcuddur. İlk növbədə qeyd etmək lazımdır ki, metro çıxışının qarşısında sıralanan taksilər və digər avtomobillər piyadaların hərəkətinə mane olur. Belə ki, sürücülərin avtomobillərini istədikləri yerdə saxlaması nəticəsində sərnişinlər metrodan çıxarkən rahat hərəkət edə, yolu təhlükəsiz şəkildə keçə bilmirlər. Metronun təmiri ilə əlaqədar sərnişinləri “28 May” stansiyasına daşıyan ekspress avtobusların da həmin ərazidə dayanması vəziyyəti ağırlaşdırıb. Xüsusilə günün pik saatlarında ərazidəki sıxlıq səbəbindən avtomobillər kilometrlərlə uzanan növbələrə düzülür, nəqliyyatın hərəkəti xeyli ləngiyir.
BakuPost
Sakinləri narahat edən başqa bir məsələ taksi sürücüləri arasında tez-tez baş verən mübahisələrdir. Onların bildirdiyinə görə, müştəri uğrunda yaranan rəqabət sözlü qarşıdurmalara, səs-küyə və təhqiramiz ifadələrin işlədilməsinə gətirib çıxarır. Bu vəziyyət həm ərazidə yaşayan sakinlərin, həm də hər gün buradan istifadə edən insanların narazılığına səbəb olur. Bundan başqa, Sumqayıt istiqamətində fəaliyyət göstərən qanunsuz mikroavtobuslarla bağlı da şikayətlər səsləndirilir. Görünən odur ki, “20 Yanvar” metro stansiyasının bu çıxışında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı ciddi boşluqlar var. Ərazidə xaotik vəziyyətin aradan qaldırılması, taksi və mikroavtobusların fəaliyyətinin qaydaya salınması, ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti qurumların müdaxiləsinə ehtiyac yaranıb.
Nəqliyyat eksperti Adil Nəbiyev “Bakupost”a bildirib ki, paytaxtın metro stansiyalarının ətrafında qeyri-qanuni parklanma, sərnişindaşımanın nizamsız təşkili, taksi sürücülərinin piyada keçidlərini və giriş-çıxışları zəbt etməsi uzun müddətdir müşahidə olunan problemlərdəndir:
BakuPost
“Metro stansiyalarının giriş və çıxışları insanların sərbəst, rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu ərazilərin qeyri-rəsmi taksi dayanacağına və sərnişin toplama məntəqəsinə çevrilməsi yolverilməzdir. Xüsusilə yaşlı insanların, uşaqların, hamilə qadınların və əlilliyi olan şəxslərin həmin ərazilərdə hərəkət etməkdə çətinlik çəkməsi məsələnin nə qədər ciddi olduğunu göstərir. Görmə məhdudiyyətli vətəndaşın qanunsuz park edilmiş avtomobillər səbəbindən təhlükə ilə üzləşməsi, əgər qeyd olunan hal təsdiqlənərsə, təkcə nəqliyyatın təşkili deyil, həm də insan təhlükəsizliyi və əlçatanlıq baxımından ciddi nöqsandır. Təəssüf ki, bəzi ərazilərdə sürücülər şəxsi qazanc maraqlarını ictimai maraqlardan üstün tuturlar. Digər tərəfdən, belə vəziyyətin uzun müddət davam etməsi nəzarət mexanizmlərinin yetərincə effektiv olmadığını göstərir”.
Ekspertin sözlərinə görə, problemin həlli yalnız sürücülərin cərimələnməsi ilə məhdudlaşmamalıdır:
“Metro stansiyalarının ətrafında taksilər və şəhərlərarası sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq məntəqələri yaradılmalı, sərnişinlərin minib-düşməsi sistemli şəkildə təşkil edilməli, piyada yollarının və metro giriş-çıxışlarının zəbt olunmasının qarşısı qətiyyətlə alınmalıdır. Həmçinin qeyri-qanuni ödənişlərin alınması və ictimai asayişin pozulması ilə bağlı səsləndirilən iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, təsdiqini tapdığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Ərazidə videomüşahidə sistemlərinin imkanlarından daha səmərəli istifadə olunması və mütəmadi nəzarətin həyata keçirilməsi vacibdir. Birdəfəlik reydlər problemi müvəqqəti aradan qaldıra bilər, lakin davamlı nəticə əldə etmək üçün sistemli nəzarət və düzgün nəqliyyat infrastrukturu lazımdır. Unutmamalıyıq ki, şəhər infrastrukturu ilk növbədə insana xidmət etməlidir. Vətəndaş metroya daxil olmaq üçün avtomobillərin arasından keçməyə, sürücülərlə mübahisə etməyə və öz həyatını təhlükəyə atmağa məcbur qalmamalıdır. Bir şəxsin qazanc əldə etmək istəyi yüzlərlə insanın təhlükəsiz və sərbəst hərəkət hüququnu məhdudlaşdıra bilməz. İctimai məkan heç kimin şəxsi qazanc ərazisi deyil”.

Oxşarxəbərlər

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı
CƏMİYYƏT

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı

24/11/2026 17:15
951
Baş həkimlər işdən azad olundu – FOTO
CƏMİYYƏT

Baş həkimlər işdən azad olundu – FOTO

24/11/2026 17:05
951
Prezident Maka Boçorişvilini qəbul etdi
Manşet

Prezident Maka Boçorişvilini qəbul etdi

24/11/2026 16:47
951
Çağırışaqədərki hazırlıqla bağlı yeni qaydalar təsdiqləndi
Hərbi

Çağırışaqədərki hazırlıqla bağlı yeni qaydalar təsdiqləndi

24/11/2026 16:27
951
Milli Məclisdən Abşeron yatağı ilə bağlı mühüm qərar
CƏMİYYƏT

Milli Məclisdən Abşeron yatağı ilə bağlı mühüm qərar

24/11/2026 16:20
951
Hava soyuyur – FHN-dən xəbərdarlıq
CƏMİYYƏT

Hava soyuyur – FHN-dən xəbərdarlıq

24/11/2026 16:19
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı

Süni intellekt əsaslı reklam platforması Agentlik.Az fəaliyyətə başladı

24/11/2026 17:15
951
Baş həkimlər işdən azad olundu – FOTO

Baş həkimlər işdən azad olundu – FOTO

24/11/2026 17:05
951
“20 Yanvar” metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?

“20 Yanvar” metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?

24/11/2026 16:57
951
Prezident Maka Boçorişvilini qəbul etdi

Prezident Maka Boçorişvilini qəbul etdi

24/11/2026 16:47
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
958

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qaraiman kəndi – Göyçənin qədim türk yurdlarından biri

23/11/2026 09:04
965

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

1991-ci il 20 noyabr Qarakənd faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib-VIDEO

21/11/2026 12:56
961

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Ağzıbir kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

20/11/2026 08:20
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.