Rusiya Donetsk vilayətinin sakini üçün beynəlxalq axtarış elan edib.
Gündəm24.az xəbər verir ki, axtarışa verilən şəxs Moskva vilayətinin Balaşixa şəhərində əsgərin avtomobilinə bomba qoyub və onun ölümünə səbəb olub.
“Kommersant” qəzeti yazır ki, versiyaya görə, həmin şəxs partlayıcı maddələri Ukrayna Təhlükəsizlik Xidmətinin əmri ilə yerləşdirib və bomba uzaqdan idarəetmə ilə partladılıb.
Şübhəli müşahidə kameralarının görüntüləri və şahid ifadələri vasitəsilə müəyyən edilib: insanlar onu partlamış BMW X3-ün yanında görüblər. Daha sonra o, taksi ilə hava limanına gedib və Türkiyəyə uçub.
Rusiya İstintaq Komitəsi rəsmi vəzifələrini yerinə yetirən şəxsin qətli və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ittihamları ilə cinayət işi açıb.














