Çin Mərkəzi Televiziyasının məlumatına görə, onlardan 260-ı xarici vətəndaşdır.
Gündəm24.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çinin Nepal ilə sərhəddə yerləşən Gyirong sərhəd keçid məntəqəsində torpaq sürüşməsi baş verib.
Hadisə nəticəsində ən azı 558 nəfər itkin düşüb. İtkin düşənlərdən 260-nın xarici vətəndaş olduğu bildirilir.
Xinhua agentliyinin verdiyi məlumata görə, torpaq sürüşməsi avqustun 26-da səhər saat 10:30 radələrində sərhədin Nepal tərəfində yerləşən Gyirong sərhəd keçid məntəqəsində baş verib.
Hadisə nəticəsində 3 nəfər həlak olub. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Sədaqət Həsənova
Gündəm24.az













