Cümə axşamı, Oktyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Norveçdə hakimiyyət dəyişdi — Azərbaycana təsiri necə olacaq?

28/08/2026 15:30
Dünya, Manşet
802 42
Norveçdə hakimiyyət dəyişdi — Azərbaycana təsiri necə olacaq?
698
Paylaşım sayı
970
Baxış sayı

89 yaşlı Norveç kralı V Harald vəfat edib. O, 1991-ci ildə atası V Olafın vəfatından sonra taxta çıxıb, artıq 35 ildir ölkəyə rəhbərlik edirdi.

Haraldın varisi 53 yaşlı vəliəhd şahzadə Hokondur. Məlumata görə, vəliəhd artıq taxta çıxıb, kral sarayında bayraqlar ucaldılıb.

Globalinfo.az-a danışan Norveçdə yaşayan azərbaycanlı politoloq Naim Süleymanov deyib ki, kralın dəyişməsi Norveç hökumətinin daxili və xarici siyasətinin dəyişməsi demək deyil:

“Norveç konstitusiyalı monarxiyadır. Xarici siyasəti, Azərbaycanla münasibətləri, NATO siyasətini, neft-qaz, iqlim və insan hüquqları siyasətini faktiki olaraq hökumət və Stortinget (milli məclis) müəyyən edir. Kralın siyasi rolu əsasən konstitusion və təmsilçilik xarakterlidir.

VIII Hokonun hakimiyyətə gəlməsindən sonra Norveçin, məsələn, NATO, Ukrayna, Avropa təhlükəsizliyi və beynəlxalq hüquq məsələlərində kəskin istiqamət dəyişməsi gözlənilmir. Norveç hökumətinin 2026-cı il xarici siyasət xəttində beynəlxalq hüquq, BMT sistemi, transatlantik əməkdaşlıq və Avropa təhlükəsizliyi əsas prioritetlər olaraq qalır.

Dəyişiklik daha çox monarxiyanın üslubunda hiss oluna bilər. Hokon atasından təxminən 36 yaş daha gəncdir və yeni nəsil monarx kimi kral ailəsinin ictimai imicini yeniləməyə çalışa bilər. Bununla belə, onun qarşısında kral ailəsi ətrafında son dövrdə yaranmış mübahisələr fonunda monarxiyaya ictimai etimadı qorumaq kimi ciddi vəzifə də var.

Mən burada mənfi təsir gözləmirəm. Əksinə, simvolik səviyyədə müəyyən müsbət imkan yarana bilər”.

WhatsApp Image 2026 08 28 at 12.58.03
Naim Süleymanov

Politoloq bildirib ki, Azərbaycan və Norveç arasında diplomatik münasibətlər 1992-ci ildən mövcuddur:

“Əlaqələr xüsusilə enerji sahəsindən başlayıb və sonradan siyasi, iqtisadi və humanitar istiqamətlərə genişlənib. Hazırda Norveçin Azərbaycandakı diplomatik fəaliyyərini Ankaradakı səfirliyi həyata keçirir.

Üstəlik, 30 yanvar 2026-cı ildə Prezident İlham Əliyev Norveçin yeni səfiri Andreas Gaarder-i qəbul edib. Görüşdə Əliyev Azərbaycan–Norveç əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və enerji sektorundan başlayan əməkdaşlığın digər sahələrə genişləndirilməsi üçün imkanların olduğunu bildirib.

Hokon daha müasir və aktiv monarxiya kursunu izləyəcək, amma Norveçin siyasi kursunda davamlılıq və əvvəlki mövqe qorunacaq. Azərbaycanla münasibətlərdə isə enerji, yaşıl enerji, biznes, iqlim və diplomatik əlaqələrin genişləndirilməsi üçün potensial var”.

Oxşarxəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi
Manşet

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

21/10/2026 17:27
969
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
Manşet

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21/10/2026 17:27
960
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub
CƏMİYYƏT

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub

21/10/2026 17:22
957
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
CƏMİYYƏT

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

21/10/2026 16:59
963
Balıq bazarında qiymətlər dəyişdi
CƏMİYYƏT

Balıq bazarında qiymətlər dəyişdi

21/10/2026 16:22
962
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
Hadisə

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

21/10/2026 16:14
963

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21/10/2026 17:27
960
Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

21/10/2026 17:27
969
Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub

Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan Şəhəri Günü qeyd olunub

21/10/2026 17:22
957
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

21/10/2026 16:59
963

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
957

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
970

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
994

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In