Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Gündəm24.az Kreml-ə istinadən xəbər verir.
Görüş zamanı Qara dəniz və Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bildirilib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-i Qırğız Respublikasının paytaxtı Bişkekdə baş tutacaq.














