Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.
Gündəm24.az Tehran Universitetinin Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.
Tehran Təcili Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə nəticəsində indiyədək xəsarət alan olmayıb.














