Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ramiz Mehdiyev işi GƏRGİNLƏŞİR: Yaxın günlərdə QƏRAR

01/09/2026 11:59
CƏMİYYƏT, Manşet
777 58
Ramiz Mehdiyev işi GƏRGİNLƏŞİR: Yaxın günlərdə QƏRAR
691
Paylaşım sayı
960
Baxış sayı

Prezident Administrasiyasının sabiq rəhbəri, illərdir ölkənin siyasi səhnəsində əsas fiqurlardan biri kimi tanınan Ramiz Mehdiyevin ətrafındakı hüquqi halqa daha da daralır. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan kəskin cinayət işi çərçivəsində sabiq PA rəhbərinə qarşı irəli sürülən ittihamların dairəsi genişləndirilib. Aparılan intensiv istintaq tədbirləri nəticəsində keçmiş “boz kardinal”a bu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham elan olunub. İstintaq orqanları yeni ittiham istiqamətində sabiq rəhbərin izahatını alıb və hüquqi prosedurları davam etdirirlər.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində DTX tərəfindən aparılan araşdırmalar zamanı ona əvvəlcə Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ağır ittihamlar irəli sürülmüşdü. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin olaraq ev dustaqlığı qətimkan tədbiri seçilmiş, daha sonra isə məhkəmə instansiyalarının qərarları ilə bu müddət dəfələrlə, o cümlədən 2026-cı ilin iyun ayında daha 5 ay müddətinə uzadılmışdı. Lakin sonuncu dəfə irəli sürülən rüşvət alma ittihamı işin gedişatını kökündən dəyişə biləcək yeni faktör kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a ətraflı açıqlama verən tanınmış hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə və mövcud istintaq təcrübəsinə əsasən, şəxsə yeni və daha ağır kateqoriyalı maddələr üzrə ittihamların elan edilməsi onun barəsində seçilmiş qətimkan tədbirinin adekvatlığı məsələsini birbaşa aktuallaşdırır: “İlkin mərhələdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri istintaqın maraqları, təqsirləndirilən şəxsin yaşı, səhhəti və ya digər prosessual amillər nəzərə alınmaqla tətbiq oluna bilər, lakin işə yeni epizodların, xüsusilə də ağır korrupsiya cinayəti hesab olunan rüşvət alma (maddə 311) kimi tərkiblərin əlavə olunması hüquqi müstəvidə vəziyyəti kökündən dəyişir”.

O, bildirib ki, dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, külli miqdarda rüşvət alma ittihamının da irəli sürülməsi törədilən əməllərin spektrini genişləndirir və bu, məhkəmənin qətimkan tədbirinin növünün dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılması üçün kifayət qədər ciddi hüquqi əsas yaradır: “Cinayət Prosessual Qanunvericiliyinə görə, əgər təqsirləndirilən şəxsin istintaqdan yayınmaq, sübutları gizlətmək, şahidlərə təsir etmək və ya törətdiyi əməllərin xarakterinə görə cəmiyyət üçün real təhlükə yaratmaq ehtimalı artırsa, həmçinin ittiham olunduğu maddələrin sanksiyaları uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutursa, ibtidai istintaq orqanı istənilən vaxt qətimkan tədbirinin ev dustaqlığından daha sərt növü olan həbsxana təcridxanasına köçürülməsi – yəni həbslə əvəz olunması üçün məhkəməyə təqdimat verə bilər və hakimlər də bu cür ağır epizodlarda əsaslandırılmış qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər”.

 

Oxşarxəbərlər

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
CƏMİYYƏT

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

21/10/2026 16:59
953
Balıq bazarında qiymətlər dəyişdi
CƏMİYYƏT

Balıq bazarında qiymətlər dəyişdi

21/10/2026 16:22
953
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü
Hadisə

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

21/10/2026 16:14
953
Günel qız uşağı övladlığa götürmək istəyir
Manşet

Günel qız uşağı övladlığa götürmək istəyir

21/10/2026 16:10
953
Azərbaycan Özbəkistanda qızıl çıxaracaq
Manşet

Azərbaycan Özbəkistanda qızıl çıxaracaq

21/10/2026 16:03
952
Oğlu Gülyanaq Məmmədovanı arzusuna çatdırdı
Manşet

Oğlu Gülyanaq Məmmədovanı arzusuna çatdırdı

21/10/2026 15:57
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi

21/10/2026 16:59
953
Balıq bazarında qiymətlər dəyişdi

Balıq bazarında qiymətlər dəyişdi

21/10/2026 16:22
953
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq öldü

21/10/2026 16:14
953
Günel qız uşağı övladlığa götürmək istəyir

Günel qız uşağı övladlığa götürmək istəyir

21/10/2026 16:10
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
957

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
970

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
993

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.