Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyevin Putin və Modi ilə görüşündə İKİ mühüm MESAJ

01/09/2026 13:53
Manşet, Siyasət
785 50
İlham Əliyevin Putin və Modi ilə görüşündə İKİ mühüm MESAJ
691
Paylaşım sayı
960
Baxış sayı

“Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəfli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Bişkəkdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir”.

Bu sözləri Musavat.com-a”Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür: “Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib”.

Elxan Şahinoğlu: Azərbaycan heç vaxt işğalla barışmayacaq - "İki sahil"

Elxan Şahinoğlu vurğulayıb ki, İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də mühüm əhəmiyyətə malikdir: “Çünki bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkekə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb. İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur”.

Politoloq bildirib ki, İlham Əliyevin Bişkəkdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib: “İranda olduğu kimi Rusiyada da şovinist qüvvələr anti-Azərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər”.

Elxan Şahinoğlu Bişkekdə Paşinyanın keçirdiyi müxtəlif görüşlərə də diqqət çəkib: “Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP (“Tramp marşrutu”) layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda, Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır”.

Politoloq qeyd edib ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb: “Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizmdə geriləmə olsa da, bu sahənin inkişafı əhəməiyyətli hesab edilir. Azərbaycan Prezidentinin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləməsi də buna xidmət etməlidir”.

Oxşarxəbərlər

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM
Dünya

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM

20/10/2026 15:10
960
Zəngilanın dirçəliş və qayıdış dövrü
CƏMİYYƏT

Zəngilanın dirçəliş və qayıdış dövrü

20/10/2026 14:57
965
Sumqayıtda 21 şagird zəhərləndi: səbəbi bilindi
Hadisə

Sumqayıtda 21 şagird zəhərləndi: səbəbi bilindi

20/10/2026 14:37
956
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı
CƏMİYYƏT

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20/10/2026 14:19
971
Xanəndə Araz Məmmədovun Vəziyyəti Ağırlaşıb Aparata Qoşuldu
CƏMİYYƏT

Xanəndə Araz Məmmədovun Vəziyyəti Ağırlaşıb Aparata Qoşuldu

20/10/2026 14:07
965
Oktyabrın pensiya ödənişləri yekunlaşdı
CƏMİYYƏT

Oktyabrın pensiya ödənişləri yekunlaşdı

20/10/2026 14:01
959

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan Ermənistanla bağlı ADDIM

20/10/2026 15:10
960
Zəngilanın dirçəliş və qayıdış dövrü

Zəngilanın dirçəliş və qayıdış dövrü

20/10/2026 14:57
965
Sumqayıtda 21 şagird zəhərləndi: səbəbi bilindi

Sumqayıtda 21 şagird zəhərləndi: səbəbi bilindi

20/10/2026 14:37
956
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20/10/2026 14:19
971

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
962

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
990

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.