Bazar, Noyabr 29, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türkiyə çəkildi, Qaqauziya muxtariyyətini itirir

02/09/2026 09:24
Dünya
777 58
Türkiyə çəkildi, Qaqauziya muxtariyyətini itirir
691
Paylaşım sayı
960
Baxış sayı

Moldovada Qaqauziya üzrə 15 noyabrda keçiriləcək Xalq Məclisi seçkiləri ətrafında başlayan mübahisə artıq adi seçki kampaniyası çərçivəsindən çıxaraq muxtariyyətin gələcəyi məsələsinə çevrilib.

Gündəm24.az  xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazır.

Muxtariyyətin paytaxtı Komratda hesab edirlər ki, Kişinyovun Seçki Məcəlləsinə etdiyi dəyişikliklər Qaqauziyanın siyasi subyektliyini zəiflədir və muxtariyyətin hüquqi əsaslarını tədricən sıradan çıxarır. Yeni qaydalara əsasən, Qaqauziyada Xalq Məclisi üçün vahid seçki dairəsinin yaradılması nəzərdə tutulur. Muxtariyyət nümayəndələri hesab edirlər ki, bu mexanizm kəndlərin ayrıca siyasi təmsilçiliyini zəiflədəcək, Xalq Məclisinin formalaşmasında isə Kişinyovdakı siyasi qüvvələrin təsirini artıracaq. Qaqauziyada bununla bağlı narazılıq getdikcə artır. Komrat hesab edir ki, söhbət sadəcə seçki sisteminin dəyişdirilməsindən getmir. Əsas məsələ Qaqauziyanın öz siyasi iradəsini müəyyən etmək imkanlarının məhdudlaşdırılmasıdır.

Picture background

Qaqauziyada sentyabrın sonu – oktyabrın əvvəlində fövqəladə xalq qurultayının keçirilməsi planlaşdırılır. Burada Kişinyovun qəbul etdiyi qanunlara qarşı daha sərt siyasi və hüquqi mövqenin ortaya qoyulacağı gözlənilir.

Ən diqqətçəkən məqam isə budur: Qaqauziyanın muxtariyyətə qovuşmasında mühüm siyasi rol oynayan Türkiyə bu dəfə prosesə əvvəlki qədər sərt müdaxilə etmir.Bu tarix 1990-cı illərin əvvəllərinə gedib çıxır. Moldova ilə Qaqauzlar arasında qarşıdurmanın silahlı münaqişəyə çevrilmək təhlükəsi olduğu bir vaxtda Türkiyə məsələyə fəal şəkildə müdaxilə etdi. 1994-cü ildə Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəlin Qaqauziyaya səfəri və Kişinyovla Komrat arasında dialoqun təşviq edilməsi prosesin siyasi yolla həllində mühüm rol oynadı. Dəmirəl Qaqauzlara Moldovanın tərkibində muxtariyyət modelini qəbul etməyi tövsiyə edirdi.Həmin prosesin nəticəsində 23 dekabr 1994-cü ildə Moldova parlamenti Qaqauziyanın xüsusi hüquqi statusu haqqında qanunu qəbul etdi. Qanun 1995-ci ilin yanvarında qüvvəyə mindi və Qaqauziyanın muxtariyyət statusunu hüquqi baxımdan rəsmiləşdirdi.Yəni Türkiyə üçün Qaqauziya məsələsi yeni məsələ deyil. Ankara uzun illər regiona iqtisadi, mədəni və siyasi dəstək verib. Hətta sonrakı illərdə Türkiyə rəsmiləri də “güclü Moldova daxilində güclü Qaqauziya” modelini müdafiə ediblər.

Picture background

Apreldə Qaqauziya Xalq Məclisi Rəcəb Tayyib Ərdoğana müraciət edərək Kişinyovun muxtariyyətə müdaxiləsinin qarşısının alınmasını istəyib. Lakin son aylarda Türkiyənin ritorikası daha ehtiyatlı olub. Avqustda AKP sədr müavini Kürşad Zorlu Kişinyovda Moldova rəhbərliyi ilə görüşərək Qaqauziyada azad və ədalətli seçkilərdən, iqtisadi inkişafdan və Moldova ilə münasibətlərin möhkəmləndirilməsindən danışdı. Ankara eyni zamanda Moldovanın sabitliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı.Beləliklə, Dəmirəlin dövründə Türkiyə Qaqauziya probleminin həllinə siyasi ağırlığı ilə təsir edən ölkə idisə, bu gün Ankara daha çox müşahidəçi və dialoq tərəfdarı mövqeyində görünür.Və Kişinyov məhz bu məqamdan istifadə edir. Türkiyənin siyasi müdafiəsi zəiflədikcə, Qaqauziyanın muxtariyyətinin də zəifləməsi təhlükəsi artır.

İndi əsas sual budur: Ankara Dəmirəlin 1994-cü ildə başladığı siyasi xətti davam etdirərək Qaqauziyanın muxtariyyət hüquqlarının qorunmasına real təsir göstərəcək, yoxsa Kişinyov Komratın səlahiyyətlərini addım-addım əlindən alacaq? Əgər ikinci variant reallaşarsa, 30 ildən artıqdır mövcud olan Qaqauziya muxtariyyəti formal olaraq qalmaqla, mahiyyət etibarilə boşaldıla bilər.//musavat.com

Oxşarxəbərlər

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı
Dünya

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video
Dünya

Batumi aeroportunda israilli və türkiyəli azarkeşlər arasında insident… – Anbaan video

28/11/2026 17:32
958
Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı
Dünya

Nazir bu xəbəri prezidentə ağlayaraq çatdırdı

28/11/2026 15:12
955
Əfqanıstanda məktəbdə partlayış: 6 nəfər öldü
Dünya

Əfqanıstanda məktəbdə partlayış: 6 nəfər öldü

28/11/2026 13:26
954
Tramp Putindən bunu tələb etdi
Dünya

Tramp Putindən bunu tələb etdi

28/11/2026 12:08
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi?

28/11/2026 18:27
958
Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

Həyatını itirən gəlinin anası danışdı: “Onlardan şikayətçiyəm” – YENİLƏNDİ/FOTO

28/11/2026 18:05
959
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
958
Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

Türkiyədə təlim təyyarəsi qəzaya uğradı

28/11/2026 17:53
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Adamxan kəndi – Göyçə mahalının qədim Azərbaycan yurdu

27/11/2026 08:34
957

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

Qərbi Azərbaycanın Dərə kəndi – 1988-ci ildə sakinləri deportasiya edilən qədim yurd

26/11/2026 08:09
964

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

Qərbi Azərbaycanın Yarpızlı kəndi – Göyçə gölünün sahilindəki qədim Azərbaycan yurdu

25/11/2026 09:47
962

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

Qərbi Azərbaycanın Qanlı kəndi – Göyçənin qədim türk yurdlarından biri

24/11/2026 09:39
968

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.