Şənbə, Sentyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI

17/09/2026 18:37
Dünya
824 9
“Kurtlar Vadisi” olayı: HƏBSLƏR BAŞLADI
689
Paylaşım sayı
957
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə həbsxanada baş verən şübhəli ölümü ilə bağlı istintaqda yeni mərhələ başlayıb.

Silivri Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində hadisənin baş verdiyi dövrdə vəzifədə olan keçmiş Silivri baş prokuroru, keçmiş həbsxana prokuroru və Kozinoğlunun iki kamera yoldaşı olmaqla, ümumilikdə 4 şübhəli barəsində axtarış və saxlanılma qərarı verilib.

Türkiyə mətbuatının məlumatına görə, İstanbul İl Jandarm Komandanlığının əməkdaşları bu gün İstanbul və Ankarada eyni vaxtda əməliyyat keçirib. Əməliyyat nəticəsində 3 şübhəli saxlanılıb.

Saxlanılanlar arasında istefada olan dəniz kapitanı və Kaşif Kozinoğlunun kamera yoldaşı Hasan Ataman Yıldırım, hadisə zamanı Silivri baş prokuroru vəzifəsində çalışan Ali İşgören və həmin vaxt həbsxana prokuroru olan Necip Doğanın olduğu bildirilir.

Məlumata görə, Ali İşgören Kozinoğlunun ölümü ilə bağlı əvvəlki istintaqda təqibə yer olmadığı barədə qərar verib. O, daha sonra FETÖ ilə bağlı araşdırma çərçivəsində vəzifəsindən xaric edilib.

Digər saxlanılan Necip Doğanın isə hadisə zamanı həbsxana prokuroru vəzifəsində çalışdığı və hadisə yerinə baxış prosesində iştirak etdiyi bildirilir. Onun da daha sonra FETÖ ilə bağlı araşdırma çərçivəsində peşəsindən xaric edildiyi qeyd olunur.

İstintaq çərçivəsində barəsində qərar verilən digər şəxs – istefada olan Jandarma polkovniki və Kozinoğlunun kamera yoldaşı Hasan Atilla Uğurun isə Kiprdə olduğu müəyyən edilib. Onun saxlanılması üçün tədbirlərin davam etdiyi açıqlanıb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek məsələ ilə bağlı açıqlamasında bildirib ki, illər keçməsinə baxmayaraq, şübhəli ölümlərin qaranlıqda qalmasına imkan verilməyəcək.

Nazir qeyd edib ki, Kozinoğlunun ölümünün baş verdiyi gecə yaşanan hadisələr, ölümündən sonra aparılan hüquqi prosedurlar, toplanmış sübutlar və əvvəlki istintaq prosesi yenidən, bütün detalları ilə araşdırılır.

Akın Gürlek vurğulayıb ki, məqsəd maddi həqiqətin bütün tərəfləri ilə ortaya çıxarılması, məsul şəxslərin müəyyənləşdirilməsi və ədalətin təmin edilməsidir.

Kaşif Kozinoğlu 2011-ci il noyabrın 13-də Silivri həbsxanasında vəfat edib. Onun ölümü ilə bağlı illər əvvəl aparılan araşdırmada ölüm səbəbi ürək tutması kimi müəyyən edilmişdi. Yeni istintaq isə həmin ölümün müxtəlif aspektlərinin yenidən araşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, Kaşif Kozinoğlunun adı Türkiyədə yayımlanan məşhur “Kurtlar Vadisi” serialı ilə də gündəmə gəlib. Serialda “Kaşif Kozinoğlu” obrazının real həyatda MİT əməkdaşı olan Kozinoğludan ilhamlandığı bildirilir. Onun 2011-ci ildə həbsxanada baş verən ölümü isə sonradan Türkiyə ictimaiyyətində və mediada müxtəlif müzakirələrə səbəb olub.

Hazırda aparılan yeni istintaq çərçivəsində isə Kozinoğlunun ölümünün bütün detalları, hadisədən sonra həyata keçirilən hüquqi prosedurlar və əvvəlki araşdırma yenidən nəzərdən keçirilir./yenisabah/

Oxşarxəbərlər

Rusiya NATO ölkələrinə hücum edəcək – XƏBƏRDARLIQ
Dünya

Rusiya NATO ölkələrinə hücum edəcək – XƏBƏRDARLIQ

19/09/2026 12:20
953
TƏCİLİ! COVİD-19 geri qayıdır – Çox sayda yoluxan var
Dünya

TƏCİLİ! COVİD-19 geri qayıdır – Çox sayda yoluxan var

19/09/2026 11:52
952
TƏCİLİ! Türkiyə müharibəyə girir?
Dünya

TƏCİLİ! Türkiyə müharibəyə girir?

19/09/2026 11:19
955
Putinin bu görüntüləri gündəm oldu: Kompüterindəki yazı nədir?
Dünya

Putinin bu görüntüləri gündəm oldu: Kompüterindəki yazı nədir?

19/09/2026 09:58
964
İstanbulda bina çökdü: Yaralılar var
Dünya

İstanbulda bina çökdü: Yaralılar var

19/09/2026 00:29
955
Türkiyədən İranla bağlı qərar
Dünya

Türkiyədən İranla bağlı qərar

18/09/2026 23:27
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Neftçi”nin tanınmış futbolçusu VƏFAT ETDİ – FOTO

“Neftçi”nin tanınmış futbolçusu VƏFAT ETDİ – FOTO

19/09/2026 13:10
951
Gömrükdən dini kitab keçirmək istəyənlərə xəbərdarlıq

Gömrükdən dini kitab keçirmək istəyənlərə xəbərdarlıq

19/09/2026 12:39
955
UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilibF

UNEC-də Dövlət Suverenliyi Gününə həsr olunan tədbir keçirilibF

19/09/2026 12:33
951
Mədət Quliyevin ailə fotosu paylaşıldı

Mədət Quliyevin ailə fotosu paylaşıldı

19/09/2026 12:27
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
957

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
960

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.