Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Türkiyə və Pakistan HƏRƏKƏTƏ KEÇİR?

18/09/2026 15:57
Dünya
813 17
Türkiyə və Pakistan HƏRƏKƏTƏ KEÇİR?
687
Paylaşım sayı
954
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

“Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçməsi Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı “Məkkə paktı”nı da ciddi sınaq qarşısında qoyub”.

Bu barədə Musavat.com-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, Amerika Birləşmiş Ştatlarının husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur:

“Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarını bəyan ediblər. Husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrail gəmilərinə hücum etməyəcəklərini vəd veriblər. Ancaq bu vədin yerinə yetiriləcəyi də şübhə doğurur. Çünki husiləri silahlandıran və maliyyələşdirən SEPAH generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır:

“ABŞ ilə husilər arasında vasitəçi olan Omanın imkanlarından Səudiyyə Ərəbistanı da faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır. Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar. Husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-ni çətin vəziyyətə salıb. Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq”.

Politoloqun fikrincə, mövcud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır:

“Pakistan və Türkiyə “Məkkə paktı”na görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdırlar. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir. Ona görə Ər-Riyadın əsas dəstək gözləntisi İslamabaddandır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan eyni zamanda özünü başqa bir Yaxın Şərq müharibəsinə cəlb etməməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır. İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup “Məkkə paktı”nda dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını, digərləri isə əksinə, təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik “Məkkə paktı” ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, “Məkkə paktı”nın qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq əgər həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq”.

Elxan Şahinoğlu mövcud vəziyyətin Çini də narahat etdiyini deyib:

“Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və eyni zamanda Səudiyyə Ərəbistanı ilə getdikcə daha sıx münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırkı şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdiriblər. Avropa İttifaqı bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir”.

Oxşarxəbərlər

Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”
Dünya

Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

18/09/2026 16:33
951
Əvvəl boğmaqda ittiham etdi, sonra onunla evləndi
Dünya

Əvvəl boğmaqda ittiham etdi, sonra onunla evləndi

18/09/2026 15:55
954
Pezeşkian ABŞ-yə gedir
Dünya

Pezeşkian ABŞ-yə gedir

18/09/2026 14:35
953
“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı
Dünya

“Rusiyaya deyir ki, nökərin olum” – Paşinyanın planı açıqlandı

18/09/2026 12:58
953
“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…
Dünya

“Xilaskar” Samvel həbsdən Paşinyanı HƏDƏLƏDİ – Bakı da onu axtarır…

18/09/2026 12:55
953
Qardaş ölkə İranı hədələdi – Dayandırın, əks halda savaşa girəcəyik!
Dünya

Qardaş ölkə İranı hədələdi – Dayandırın, əks halda savaşa girəcəyik!

18/09/2026 11:15
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

Rəsmi Bakıdan Fransaya – ÇAĞIRIŞ

18/09/2026 17:19
951
Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

Toy və yasda dəbdəbəyə cərimə gəlir? – RƏSMİ AÇIQLAMA

18/09/2026 17:01
951
Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

Moskvadan Tokioya ŞOK XƏBƏRDARLIQ: “Raketləri təcili adadan çıxarın”

18/09/2026 16:33
951
Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

Tünzalə ilə Nəsimidən romantik duet – VİDEO

18/09/2026 16:20
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
954

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
957

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
960

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.