Bu gün Ərbil hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
Al-Hadath xəbər verir ki, Ərbildə bir neçə partlayış səsi eşidilib.
Digər mənbələr isə Ərbil hava limanının yaxınlığında güclü partlayış baş verdiyini və bundan sonra havaya tüstü buludlarının qalxdığını bildiriblər.
Bu arada “Reuters“ təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, İraqın Kürdüstan Regional Administrasiyasında Ərbil hava limanının yaxınlığında hava hücumundan müdafiə sistemləri bir dronu vurub.
“Al-Ahad” dronun Ərbil hava limanının ətrafını hədəf aldığını yazıb.//APA













