İraq İran aviaşirkətlərinin ölkəyə və ölkədən həyata keçirdiyi uçuşları dayandırmağa hazırlaşır.
Gündəm24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Belə ki, İraq hökumətindəki iki mənbə agentliyə bildirib ki, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.
İraq rəsmilərindən biri qeyd edib ki, ölkə ABŞ Maliyyə Nazirliyinin qərarına uyğun olaraq, çərşənbə axşamı səhərdən etibarən İran aviaşirkətlərinin fəaliyyətinə qoyulan məhdudiyyəti tətbiq edəcək.
Hökumətdəki digər mənbə də bu məlumatı təsdiqləyib.\globalinfo














