Cənubi Afrikada üç silahlı şəxs evdə keçirilən ziyafətdə qonaqlara atəş açıb, nəticədə 11 nəfər ölüb, üç nəfər yaralanıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat verib.
Məlumata görə, hadisə Cənubi Afrikanın şərq sahilində, Durbandan təxminən 30 km cənubda yerləşən KvaMakhuta şəhərində baş verib. Polisin məlumatına görə, insanlar şəxsi evdə ziyafət üçün toplaşarkən üç silahlı şəxs içəri girib atəş açıb.
Polis şübhəlilərin axtarışına başlayıb, lakin hazırda heç kim həbs olunmayıb.














