İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Gündəm24.az xəbər verir ki, Netanyahunun kürsüyə qalxdığı an bir çox ölkənin diplomatik nümayəndə heyətləri zalı tərk edib.
Diplomatların zaldan çıxması İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara, İordan çayının qərb sahilindəki addımlarına, eləcə də Suriya və Livana zərbələrinə etiraz kimi qiymətləndirilib. Diplomatlar ayağa qalxaraq zalı tərk edərkən zaldan etiraz səsləri ucalıb.
Çoxlu sayda nümayəndə heyətinin zalı tərk etməsindən sonra Netanyahu çıxışını seyrəlmiş auditoriya qarşısında davam etdirib. Bu, 2023-cü il oktyabrın 7-dən bəri Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı qarşılaşdığı 3-cü analoji boykot aksiyası olub.
Eyni zamanda, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı çevrəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda İsrail hökumətinin siyasətinə qarşı etiraz nümayişləri təşkil olunub. Nümayişçilər hərbi əməliyyatların dayandırılması və hərbi köməklərin kəsilməsi tələbi ilə şüarlar səsləndirib, müvafiq plakatlar qaldırıblar.\qafqazinfo













